adalet.az header logo
  • Bakı -°C
09 Yanvar 2026 11:40
104
DÜNYA
A- A+

Türkiyədə güclü fırtına 3 nəfərin ölümünə səbəb oldu

Türkiyənin bir neçə vilayətində baş verən güclü fırtına 3 nəfərin ölümünə səbəb olub.

Adalet.az xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.

Qeyd edilib ki, şəhərdə 45 ağac aşıb, 89 dam uçub, təhlükə yaradan 214 obyektlə bağlı müraciət daxil olub.

Həmçinin 1 tərk edilmiş bina və 1 istinad divarı çöküb. Ümumilikdə, 350 müraciət qeydə alınıb.