Xamenei: "Tramp getsin öz ölkəsini idarə eləsin!" - YENİLƏNİB
İranın Ali Lideri Əli Xamenei xaricdən dəstəklənən elementləri ölkədə sabitliyi pozmağa çalışmaqda günahlandırıb.
Adalet.az xəbər verir ki, onun çıxışını İran Dövlət televiziyası yayıb.
"Hər kəs bilməlidir ki, İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı bahasına hakimiyyətə gəlib və təxribatçıların qarşısında geri çəkilməyəcək", - deyə Xamenei bildirib.
Tehranda baş verən iğtişaşlara toxunan Xamenei etirazçıların ABŞ prezidentini razı salmaq üçün hərəkət etdiyini bildirib.
"Onlar onu (ABŞ Prezidenti Donald Tramp, - red.) razı salmaq istəyirlər. Əgər o, bir ölkəni necə idarə etməyi bilsəydi, öz ölkəsini idarə edərdi", - deyə o bildirib və əlavə edib ki, Amerikanın bir çox problemi var.
İran Dövlət televiziyası həmçinin onun "ABŞ prezidentinin əlləri 1000-dən çox iranlının qanı ilə ləkələnib" sözlərini sitat gətirib.
Xamenei həmçinin tərəfdarlarını birliyi qorumağa çağırıb.
***
13:24
İranın Ali lideri ayətullah Əli Xamenei bir neçə dəqiqədən sonra ölkədə davam edən etirazlarla bağlı çıxış edəcək.
Adalet.az xəbər verir ki, bu barədə xarici KİV İran dövlət televiziyasına istinadən məlumat yayıb.
Digər təfərrüatlar verilmir.
Digər Xəbərlər
09 Yanvar 2026 21:11
Meloni: Avropanın Rusiya ilə dialoqu bərpa etmək vaxtı çatıb
09 Yanvar 2026 19:03
Türkiyə bu ölkələrin müdafiə alyansına qoşulmağa çalışır
09 Yanvar 2026 17:58
İran sünnilərinin lideri: Xalq hakimiyyəti dəyişdirməkdə qərarlıdır
09 Yanvar 2026 17:00


Bakı -°C

