Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı
Türkiyə hökuməti ölkə ərazisində fövqəladə vəziyyət rejimini daha 3 ay uzadıb.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi (TBMM) qərar qəbul edib.
Qərara əsasən Türkiyədə fövqəladə vəziyyət rejimi iyulun 19-dək davam edəcək.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət 2016-il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.