adalet.az header logo
  • Bakı -°C
25 Fevral 2026 08:43
88
DÜNYA
A- A+

Türkiyədə F-16 qəzaya düşdü: Pilot şəhid oldu

Türkiyənin Balıkeris şəhərində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtlar gecə saat 00:56-da Balıkesirdən havaya qalxan F-16 təyyarələrindən biri radardan itib və ppilotla əlaqə saxlamaq mümkün olmayıb.

Dərhal başlanan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilərək qalıqları tapılıb.

Pilotun şəhid olduğu bildirilir.

Nazirlik pilotun şəhid olduğunu təsdiqləyib və qeyd edib ki, qəzanın səbəbi qəza araşdırma qrupu tərəfindən aparılacaq araşdırmalardan sonra müəyyən ediləcək.