Bakıya yağış, rayonlara qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın əksər yerlərində hava şəraiti arabir yağıntılı olub.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 10:00-a olan məlumatında bildirilib.
Dağlıq ərazilərə - Kəlbəcər, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay(Şəki), Xızı, Qrız, Şahbuz, Şahdağda qar yağıb.
Qarın hündürlüyü Daşkəsəndə 5, Gədəbəydə 4, Kəlbəcərdə 3, Göygöldə 2, Şahbuzda 1 sm-dir.
Düşən yağıntının miqdarı Astarada 29, Lənkəranda 5, Qəbələ, Qax (Sarıbaş), eyni zamanda Bakıda və Abşeron yarımadasında 4, Tərtər, Oğuz, Qobustan, İmişli və Lerikdə 3, Balakən, Zaqatala, Şamaxı, Mingəçevir, Yevlax və Neftçalada 2, Şərur, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Quba, Qusar, Cəlilabad, Bərdə, Göyçay, Sabirabad, Biləsuvar, Yardımlı, Ağdam, Goranboy, Laçın, Qubadlı və Şuşada 1 mm-dir.
Daşkəsən, Göygöl, Füzuli, Xankəndi, Xocalı, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

