adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Iyul 2016 15:02
6528
SİYASƏT

Türkiyədə diplomatların XİN sistemindən qovulmasına başlanıb

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra dövlət idarələrində başlayan kütləvi təmizləmələrə Xarici İşlər Nazirliyidə qoşulub.

Adalet.az-ın  "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, nazir Mövlud Çavuşoğlunun rəhbərliyi ilə aparılan araşdırmaların nəticəsində ilk olaraq səfir rütbəsinə malik 4 diplomat XİN sistemindən qovulub. Onların arasında Türkiyənin Kanadadakı sabiq səfiri Tuncay Babalı və keçmiş prezident Abdulla Gül ilə sabiq baş nazir Əhməd Davudoğlunun müşaviri olmuş Gürcan Balık da var. G. Balık Ə. Davudoğlu xarici işlər naziri olarkən onu ABŞ-da Fətullah Gülənlə görüşdürüb.

Səfirlərlə birlikdə 2-ci katib rütbəsində və daha aşağı səviyyəli onlarla diplomatın da sistemdən xaric edildiyi bildirilir.