adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 May 2016 09:43
6221
DÜNYA

Türkiyədə ağır qəza - Yaralılar var

Türkiyənin cənub-şərqindəki Batman vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, insident vilayətin Kozluk rayonunda qeydə alınıb.

Məlumata əsasən 32 yaşlı Kənan Aslanın idarə etdiyi mikroavtobus aşıb. Hadisə zamanı 14 nəfər xəsarət alıb.

Yaralılar "təcili yardım”larla xəstəxanalara çatdırılıb. Qəzanın başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.