Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınayıb
Avropa Parlamentinin (AP) Türkiyəyə qarşı qərəzli iddialar və əsassız qiymətləndirmələr ehtiva edən qərar və hesabatları rəsmi Ankara tərəfindən birmənalı olaraq rədd edilir.
Adalet.az Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, növbəti qərar hərbçilərə aid olub və Ankara tərəfindən yenə qınanıb.
"Avropa Parlamentində (AP) qəbul edilən, Türk Silahlı Qüvvələrinə qarşı əsassız və ağılasığmaz iddialar ehtiva edən qərar "yox hökmündə"dir. Qərar haqqında Şimali Kiprin XİN-i tərəfindən verilən açıqlamaya tam dəstək veririk", - bəyanatda bildirilib.
Qeyd olunub ki, özündə böhtanlar ehtiva edən sözügedən qərar Avropa İttifaqının (Aİ) və xüsusən də AP-nin Kipr məsələsi ilə bağlı müəyyən dairələrin təsiri altında mənimsədiyi qərəzli və təhrif olunmuş yanaşmadır: "Aİ orqanlarının Kipr məsələsinə münasibətdə tarixi reallıqlardan və bitərəflikdən getdikcə uzaqlaşan bir yanaşma nümayiş etdirməsini narahatverici hesab edirik".
Xatırladaq ki, AP-də Türkiyə Silahlı Qüvvələrinin Kipr adasından çıxarılmasını tələb edən qətnamələr qəbul olunur.
Digər Xəbərlər
10 Avqust 2026 18:00
230 miqrant bir qayığa sığınıb Böyük Britaniyaya keçdi
10 Avqust 2026 17:44
"Bir dənə də olsun istilik elektrik stansiyası qalmayıb" - Zelenski
10 Avqust 2026 14:31
Tatarıstanda matəm elan olundu - YENİLƏNİB
10 Avqust 2026 12:42
İran XİN: Əraqçi və Qalibaf Pakistana səfər edəcək
10 Avqust 2026 10:38
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”
10 Avqust 2026 09:58
Kamçatkada qızıl mədənində partlayış: Ölən və yaralananlar var
10 Avqust 2026 09:50
Rusiyanın ən varlı qadınının biznes-imperiyası belə çökür...
10 Avqust 2026 09:08


Bakı -°C

