adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Aprel 2019 10:20
13765
SİYASƏT

TÜRKİYƏ TƏKRAR SEÇKİLƏRƏ GEDƏCƏKMİ?

Türkiyədəkeçirilən bələdiyyə seçkilərindən 11 gün vaxt ötməyinə baxmayaraq seçkidartışmaları bitmədiyi üçün ölkə hələ də seçki gündəmiylə yaşamaqda davam edir.Seçkilərin ümumi nəticələrinə görə hakim Ədalət və İnkişaf Partiyası (AKP) sonillərdə keçirilən seçkilərdə qazandığı nəticələri aşağı-yuxarı təkrarlayaraqölkə üzrə ən çox seçici səsi toplasa da, faktiki olaraq seçkidən məğlub durumdaayrılıb. Məsələ burasındadır ki, AKP ölkənin bütün böyük şəhərlərini, türklərintəbirincə desək, Böyükşehir bələdiyyə başqanlığı postlarını əsas rəqibi olanCümhuriyyət Xalq Partiyasının (CHP) namizədlərinə uduzub. Nəticədə İstanbul,Anqara, İzmir, Antalya və s. iri şəhərlər müxalifətin əlinə keçib. Türkiyədə bələdiyyələrinbizdəki kimi arabanın beşinci təkəri rolunu oynamadığını, real səlahiyyətlərə,üstəlik, siyasi çəkiyə malik bir idarəçilik orqanı olduğunu nəzərə alsaq, məğlubiyyətləbarışmaq istəməyən, bu səbəbdən də hər vəchlə seçki sürəcini uzatmağa çalışanAKP-nin əndişəsini anlamaq mümkündür.

Hakimpartiya və onun lideri ölkənin nəbzinin məhz böyük şəhərlərdə vurduğunu, həminşəhərlərdə hökm sürən siyasi ovqatın tezlikləbütün Türkiyəni bürüyəcəyinin fərqindədirlər. İstanbul xaric digər böyükşəhərlərdə etirazın heç bir nəticə verməyəcəyini yaxşı bilən AKP (hərçənd,siyasi ehtiraslarını cilovlamağı bacarmayaraq üç faizlik üstünlüklə uduzduqlarıAnqarada da təkrar sayım testləri keçirməkdən özlərini saxlaya bilmədilər)bütün potensialını məhz İstanbulun üzərinə cəmləyərək orda hər vasitə ilə öznamizədini qalib çıxartmaq, bu mümkün olmadıqda isə seçkilərin nəticələrinibütövlükdə ləğv edərək yeni seçkilər keçirmək xəttini tutub. Hakim partiya təkcəböyüklüyünə və yar-yaraşığına, strateji əhəmiyyəti və siyasi - iqtisadipotensialına görəmi nəinki Türkiyənin, eləcə də dünyanın ən nəhəng şəhərlərindənbiri sayılan İstanbulu itirmək istəmir? Əsla yox. İstanbulu AKP və onun lideriüçün vazkeçilməz edən səbəblər siyasətdən daha çox mistikayla bağlıdır. Ərdoğanilk dəfə böyük siyasətə məhz bu şəhərdən atılıb, 1994-cü ildə onun bələdiyyəbaşqanı postuna seçilməklə başlayıb. Doğrudur, Ərdoğan 1998-ci ildə mitinqlərinbirində Ziya Göyalpın "Əskər duası” şeirinin bir bəndinin təhrif olunaraqislamlaşdırilmış variantını oxuduğuna görə aldığı on aylıq həbs cəzası səbəbindənhəmin görəvini axıra kimi icra edə bilməmişdi. Amma əsas odur ki, elə həminvaxtdan ta bu günə kimi İstanbul bələdiyyə başqanlığı vəzifəsi onun təmsiletdiyi dini-siyasi kəsimin ("Rifah”, "Fəzilət” və nəhayət, AKP-nin) əlindədir.İndi bu mühüm postun itirilməsi, çox güman ki, onların təsəvvüründə gələcəyinqorxunc müjdəsi kimi assosasiya olunur.

Təsadüfüdeyil ki, İstanbul bələdiyyə seçkilərinin bütün ağırlığını həmişə Ərdoğan öz çiyninə götürür. Eləaxırıncı seçkilərdə də təbliğat kampaniyasını Binəli Yıldırımdan çox onunözünün apardığına görə bir çoxları belə hesab edir ki, Əkrəm İmamoğlu məhzƏrdoğana qalib gəlib. Bunu həzm eləməksə razılaşın ki, son 20 ildəki bütünseçkilərin favoriti olmuş bir lider üçün xeyli ağırdır. İstanbul məğlubiyyətindənçəkdiyi acılar məhz elə bu səbəbdən artıq onun davranışlarında da açıq-aydınözünü göstərir. Xatırladaq ki, Ərdoğanın son illər qazandığı və Şərqdən-Qərbədemokratik seçkilərin mövcud olduğu bütün ölkələrdəki siyasətçilərin həsədapardığı siyasi uğurları təkcə söykəndiyi ideologiyadan yox, həm də xarizması vənatiqlik qabiliyyətindən qaynaqlanır. Amma bu mövzudan danışarkən onun nitqinin yavaş-yavaş korşaldığı hissolunur. Qələbə üçün bir səsin də kifayət etməsinə baxmayaraq "13-14 minləseçkimi qazanılır” kimi absurd fikir səsləndirir, sonra da "seçki bir səslə dəqazanıla bilir” – deyə özünü təkzib edir.

Düzon gündür ki, AKP, heç şübhəsiz ki, öz liderinin göstərişi ilə gah burda, gahbaşqa bir yerdə təkrar sayımlar keçirmək üçün Mərkəzi Seçki Komissiyasına etirazdalınca etirazlar göndərir. Məqsəd Əkrəm İmamoğlunun səsini məhz o mistik, eləmistik olduğuna görə də əlçatmaz sayılan 1 rəqəminin altına salmaqdır. AncaqMSK-nın əsaslı sayaraq təkrar sayım qərarı verdiyi bütün məntəqələrdə səslərinsayılması tamamlansa da fərq 15 min civarında qalmaqdadır. Odur ki, bu hoqqnınkeçmədiyi yəqinləşəndən sonra gündəmə başqa hoqqalar çıxardılmağa başlanıb.

MilliyyətçiHərakat Partiyası (MHP) başqanı Dövlət Bağçalı təkrar sayımların heç bir nəticəverməyəcəyini hələ beş-altı gün bundan qabaq başa düşmüşdü. Ya da elə AKP özübunu beş-altı gün əvvəl başa düşərək, D. Bağçalıya hazır olmağı tapşırmışdı.Bütün seçkilərdə əsas hədəfi hakimiyyətə gəlməkdən daha şox seçki barajınıaşmaqdan ibarət olan MHP iki il öncə parçalandıqdan sonra AKP ilə ittifaqbağlamağa (oxu: AKP-nin çətiri altına keçməyə) məcbur oldu. "Cümhur İttifaqı”adlanan bu AKP-MHP ittifaqını hər iki tərəf üçün zəruri edən əsas amillər isəAKP-nin parlament çoxluğuna sahiblənmək, MHP- nin parlamentə düşmək istəyidir.

MHPvə onun başqanı bir çox kritik məqamlarda AKP-yə hava-su kimi lazım olur. Məsələn,ötən il keçirilən parlament və prezident seçkiləriİni qabağa çəkmək ehtiyacıyaranmışdı. Ölkədəki iqtisadi böhranın getdikcə dərinləşməsi fonunda AKP, MHP-dənqopan İYİ partiyanın sürətlə təşkilatlanması fonunda isə MHP ciddi elektorat itkisiylə üz-üzəqalmışdı. Dövlət Baxçalı seçkiləri irəli çəkməklə bağlı təklif verdi, Ərdoğansadərhal onunla görüşərək həmin təklifi bəyənərək həyata keçirdi. İndi MHPbaşqanı daha bir "özəl” təkliflə – böyük şəhərlərdə təkrar bələdiyyə seçkiləritəklifiylə çıxış edib. Məhz böyük şəhərlərdə, məhz AKP-nin uduzduğu şəhərlərdə.Sual olunur: bu təklifi irəli sürən qosqocaman bir partiyanın liderininmaraqları nədir? Axı, həmin şəhərlərdə keçiriləcək yeni seçkilərdə MHP namizədininheç dördüncü və ya beşinci yeri tutmaq şansı da yoxdur. Təbii ki, o, növbəti dəfəAKP-nin yaxşı halda arzularını dilə gətirir, pis halda onun tapşırığını yerinəyetirir – bir sözlə, ələkçinin qıl verəni rolunda çıxış edir.

İstanbuldailkin seçkilərin keçirilməsi barədə qərar verilsə, yeni seçkinin nəticələrindənasılı olmayaraq məğlub tərəf iqtidar olacaq. Əvvəla ona görə ki, bu çox ciddidartışmalara, qarşıdurmalara, proqnozlaşdırılması çətin olan sərt siyasi etirazlarayol aça bilər. Bu isə istənilən halda iqtidarın ziyanınadır. "Vəziyyət nə qədərpisləşsə bir o qədər yaxşıdır”- istənilən ölkədə müxalifətin ən sevimli tezisibudur.

Təsadüfideyil ki, bu gün CHP başqanı Kamal Qılıcdaroğlu da öz koalisiya ortağı, İYİ Partiyabaşqanı Maral Ağşənərlə birgə verdiyi açıqlamada MSK- ya yönəlik təkliflərini səsləndirərkənonu düzgün qərarlar verməyə çağıraraq bildirib ki, bu qurumun qərarları ya ölkəniaydınlığa çıxardacaq, ya da xaosa sürükləyəcək. Ağşənərsə xaosun artıq yaşandığınısöyləyib: "On gündür ki, ölkədə xaos yaşanır… Qazananadək seçim yapmaq istəyirsən.Böylə bir şey olurmu?”

İkincisi, yeni seçkilər, heç şübhəsiz, AKP elektoratının mühüm bir qismindənarazılıq yaradacaq, CHP elektoratınısa daha sıx birləşdirəcək. Çünki yeniseçki qərarının ədalətsizliyini sübut etmək üçün heç bir hüquqşünas, siyasətçi,ekspert şərhinə ehtiyac yoxdur, bunu ənadi obıvatel gözüylə də görmək mümkündür. Zəmanə haqqında nə qədər bədgümanolsaq da, hələ ki, istənilən cəmiyyətdə bu hissi öz həyat meyarı sayan yetərincəinsan mövcuddur.

Nəhayət,üçüncüsü, yeni seçki qərarı (hətta belə bir seçkidə AKP namizədi yarızor,yarıxoş qalib gəlsə də belə) birbaşa R.T. Ərdoğanın özünün indiyə kimi qoruyubsaxladığı şəxsi nüfuzuna heç vaxt düzəlməyəcək ağır zərbə vuracaq.

P.S. Yazı sayta qoyularkənƏrdoğan-Baxçalı görüçünün başa çatmasıyla bağlı məlumat yayılsa da, təfərrüatlarbarədə heç nə deyilmirdi. Həmin görüşdə təkrar seçkilər barədə müzakirələrinkeçirilib-keçirilməməsindən asılı olmayaraq bu yöndə təkliflər səsləndirməyinözü yuxarıdakı qənaətlərə gəlmək üçün yetərlidir.


M.Məmmədov