adalet.az header logo
  • Bakı -°C
02 Yanvar 2026 18:45
79
DÜNYA
A- A+

Türkiyə Somali sahillərində qazma işlərinə başlayacaq

Türkiyə fevral ayında perspektivli neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə Somali sahillərinə qazma gəmisi göndərəcək.

Adalet.az xarixi mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Bu, Türkiyənin ölkə xaricində dərin sularda həyata keçirəcəyi ilk kəşfiyyat-qazma layihəsidir.

Türkiyənin “Çağrı bəy” gəmisi Somalidə dərin sulu dəniz yataqlarının seysmik kəşfiyyatını və qazıntısını aparacaq.

Qeyd edək ki, Türkiyə ilə Somali arasında bu barədə müqavilə 2024-cü ildə imzalanıb.