adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Sentyabr 2017 19:06
10197
HADİSƏ

Türkiyə sahillərində qayıq batdı - 15 mühacir öldü

Türkiyənin Qocaeli vilayətində Qara dəniz sahillərində mühacirləri daşıyan qayıq qəzaya uğrayıb.

Qəza nəticəsində 15 nəfərin dəniz sularında qərq olması barədə xəbər verilib.

Vilayətin Sahil Mühafizə Xidmətindən verilən məlumata görə, hazırda 13-15 nəfərin axtarışları davam edir.

Son məlumata görə, xilasediclər tərəfindən 40 nəfərin həyatını xilas etmək mümkün olub.

Sahil Mühafizə Xidmətindən verilən məlumata görə, itkin düşənlərin axtarışına vertolyotlar da cəlb olunub.