adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Avqust 2019 11:48
24949
SİYASƏT

Türkiyə Rusiyadan bu təyyarələri alırmı?

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdəki son proseslərimüzakirə etmək üçün Rusiyanın prezidenti Vladimir Putinlə görüşdü. Görüşdənəvvəl MAKS-2019 Beynəlxalq Hava limanı sərgisinin açılışını gerçəkləşdirən ikilider arasında Ankara-Vaşinqton xəttindəki təzyiqi yüksəldəcək bir dialoq baştutdu.

Ərdoğan vəPutin söhbətə başlamamışdan əvvəl Jukovski şəhərindəki sərgisini gəzdi. Ruslider Putin mehmandarlığından türk heyəti, Ankaranın F-35 proqramındançıxarılmasının ardından rus dövlət müdafiə sənaye şirkəti ROSTEC-in prezidentiSergey Çemezov tərəfindən Türkiyəyə təklif edilən Su-57 təyyarəsini gözdənkeçirdi. Bu ərəfədə Ərdoğan "Biz bundanmı alacağıq?” deyə soruşanda Putin "Alabilərsiniz cavabını verdi.

Ankara iləVaşinqton arasındakı bağlar Türkiyənin Rusiyadan S-400 hava hücumlarından müdafiəsistemini alması səbəbilə qopma nöqtəsinə çatmışdı. ABŞ prezidenti Donald Trampiçəridən gələn təzyiqlərə dirənərək Ankaranı ortaq istehsalçıları arasındaolduğu F-35 qırıcısı proqramından çıxarmaq üçün düyməyə basmışdı.

Tramp hər fürsətdə Türkiyənin Rusiyadan sələfi BarakObama dövründə asılı salındığını, yəni Ərdoğanın ABŞ-dan Patriot havahücumlarından müdafiə sistemini almaq cəhdlərinin qarşısı Barak Obamatərəfindən alınmışdı. Fəqət bənzər hadisə Tramp dönəmində də baş verir.

Çünki ABD Ankarayaetdiyi 3,5 milyard dollarlıq Patriot hava müdafiəsi sistemi təklifini geriçəkdi və nə səbəblə olursa olsun, Türkiyə F-35 proqramından çıxarıldı. Buməqamda Türkiyə öz təhlükəsizliyini qorumaq üçün Rusiyaya yaxınlaşmağa başladı.

SU-57-ninqiyməti F-35-ə nisbətən daha ucuzdur.

F-35-lərinqiyməti 80-104 milyon dollar arası, SU-57-lərin qiyməti isə 40-45 milyon dollararasıdır