Türkiyə Parlamentlərarası İttifaqın növbəti Assambleyasına ev sahibliyi edəcək
Aprelin 15–dən 19-dək İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası keçiriləcək. Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil olunan tədbirə hazırlıq işləri yekunlaşmaq üzrədir.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisindən (TBMM) bildirilib.
Dünyanın müxtəlif ölkələrindən parlament sədrləri və deputatların iştirak edəcəyi tədbirdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edəcək.
Assambleyada “Ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və gələcək nəsillər üçün ədalətin qorunması” mövzusunda müzakirələr aparılacaq.
Tədbir çərçivəsində Assambleya sessiyaları, daimi komitə müzakirələri, forumlar və tematik görüşlər daxil olmaqla 80-dən çox tədbirin keçirilməsi planlaşdırılır.
Digər Xəbərlər
15 May 2026 09:12
"Çin ABŞ-dən neft almaq istəyir" - Tramp
14 May 2026 20:27
Danimarka kraliçası xəstəxanaya yerləşdirildi
14 May 2026 13:59
İran nüvə silahına sahib olmamalıdır! - Tramp və Cinpin razılaşdı
14 May 2026 13:33


Bakı -°C

