adalet.az header logo
  • Bakı -°C
13 Aprel 2026 20:00
82
DÜNYA
A- A+

Aya uçanlar market menecerindən də az maaş alır

NASA-nın “Artemis-2” missiyasında Aya uçan astronavtlar ABŞ-da market menecerindən də az maaş alırlar.

Adalet.az  xəbər verir ki, bu barədə “San” nəşri məlumat yayıb.

“NASA-nın “Artemis-2” proqramının iştirakçıları ildə orta hesabla təxminən 152 000 dollar maaş alırlar. Müqayisə üçün - ABŞ-da “Volmart” supermarketinin meneceri ildə 400 000 dollardan çox, aviaşirkət kapitanı isə 500 000 dollara qədər qazana bilər. Amma astronavtlar korpusuna daxil olmaq elit kluba qoşulmaqdan daha çətindir. NASA 8000-dən çox namizəd arasından təxminən 10 nəfəri seçir”, - nəşr bildirib.

Qeyd edək ki, aprelin 1-də NASA astronavtlar Rid Vayzman, Viktor Qlover, Kristina Kox və Ceremi Hansenin iştirakı ilə Aya “Artemis-2” pilotlu kosmik gəmisini göndərib.