Türkiyə Ordusunun Baş Qərargah rəisi Azərbaycana səfər edəcək

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu Azərbaycana səfər edəcək.
Adalet.az xəbər verir ki, Selçuk Bayraktaroğlu Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişi və Bakının bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Türk və Azərbaycan şəhidliklərində Selçuk Bayraktaroğlunun iştirakı ilə anım mərasimi keçiriləcək.
Daha əvvəl Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib ki, ordu generalı Selçuk Bayraktaroğlunun ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
Digər Xəbərlər

Ceyhun Bayramov Qətərə işgüzar səfərə getdi

Zakir Həsənov Pakistana başsağlığı verdi

Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn il imzalanacağını gözləyirik - Fidan

ABŞ senatoru: Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir

Sahibə Qafarova İsrailin yeni səfiri ilə görüşüb

Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Kamran Əliyev BPA-nın 30-cu illik konfransında iştirak edib
