adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Oktyabr 2019 12:13
21152
SİYASƏT

Türkiyə ilə ABŞ arasında buzlar əriyir

Türkiyəyaxın günlərdə Suriyanın şimalındakı YPG silahlılarına qarşı aparılacaq hərbi əməliyyatlarabaşlayacaq. Bu gün dünyanın aparıcı kütləvi informasiya vasitələrinin manşetindəyer alan əsas xəbər məhz budur.

Adalet.azxarici KİV-lərə istinadən bildirir ki, ABŞ prezidenti D.Trampla Türkiyəprezidenti R.T. Ərdoğan arasında baş tutmuş telefon danışığında bu barədərazılıq əldə olunub. Xatırladaq ki, PKK-nın Suriya qolu olan YPG Türkiyənin ərazibütövlüyü üçün böyük təhlükə törətsə də ABŞ-ın dəstəyi ucbatından rəsmi Ankarahəmin terror qruplaşmasına qarşı sərt tədbirlər görə bilmirdi.

Dövlətbaşçılarının dünənki telefon danışığından sonra qərara alınıb ki, Fərat bölgəsindəolan məhdud sayda ABŞ əsgərləri bölgədən çıxarılacaq və Türkiyə ordusu hərbi əməliyyatlarabaşlayacaq. Türkiyə rəsmilərinin bildirdiyinə görə əməliyyatın çərşənbə günübaşlayacağı bildirilir.

RəsmiVaşinqton indiyə kimi YPG-ni İSİD-ə qarşı mübarizədə ən yaxın müttəfiqi kimigörərək onların Türkiyəyə yönəlik hərəkətlərinə nəinki öz yumur, hətta bunagizli dəstək verir, bu terror təşkilatından Türkiyəyə qarşı təzyiq vasitəsikimi istifadə edirdi. Halbuki ABŞ lap əvvəldən İŞİD-lə mübarizədə daha çox öz stratejitərəfdaşı olan Türkiyəylə birgə hərəkət etməyə borclu idi.

Hələ bir neçə ay əvvələ kimi ABŞ-Türkiyə bumünasibətləri elə səviyyədə idi ki, D.Tramp Türkiyəni YPG-yə qarşı hərbi əməliyyatlarkeçirəcəyi təqdirdə ən sərt sanksiyalarla təhdid edirdi. Ancaq bu son addımgöstərir ki, iki NATO ölkəsi arasında uzun illərdir davam edən soyuqluq aradanqalxmaqda, buzlar əriməkdədir ki, bu da Türkiyə qədər elə ABŞ-ında maraqlarına uyğundur.