adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Noyabr 2019 14:28
32631
DÜNYA

Türkiyə evlərinə qayıdan suriyalıların təhlükəsizliyini təmin edir

İŞİD-dən heç bir fərqi olmayan PKK/YPG terror təşkilatı "Sülh Çeşməsi" əməliyyatı ilə yaradılan təhlükəsiz bölgədə məskunlaşan əhaliyə qarşı xaincə hücumlar təşkil edərkən, Türk hərbçiləri mülki şəxslərin zərər görməməsi üçün basdırılan mina və kustar üsulla hazırlanmış partlayıcıları təmizləməyə davam edir.

Adalet.az xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyindən veriləın açıqlamada bildirilir ki, "Türk əsgərlərinin təmin etdiyi dinc və təhlükəsiz mühit sayəsində suriyalı qardaşlarımızın evlərinə və torpaqlarına geri dönməsindən narahat olan PKK/YPG terror təşkilatının partlayıcı vasitələrlə günahsız vətəndaşlara qarşı hücumu davam edir. Hərbçilərimiz isə mina və kustar üsulla hazırlanmış bombaları zərərsizləşdirməyə davam edir."

Açıqlamada həmçinin qeyd olunur ki, "Sülh Çeşməsi əməliyyatı çərçivəsində Rəsulaynda aparılan son əməliyyat axtarış tədbirləri nəticəsində PKK/YPG terror təşkilatına məxsus kustar üsulla hazırlanan partlayıcıların hazırlanmasında istifadə olunan çox sayda partlayıcı maddə, mina, silah-sursat və digər materiallar aşkar edilərək zərərsizləşdirilib."

Digər tərəfdən uzun illərdir YPG/PKK terror təşkilatının nəzarəti altında olan və şəhərsalma xidmətlərindən yararlana bilməyən Rəsulayn və Tel Abyad şəhərlərində Sülh Çeşməsi əməliyyatı çərçivəsində təhlükəsizliyin təmin edilməsindən sonra başda səhiyyə xidmətləri olmaqla içməli su, ərzaq, enerji və təmizlik kimi ehtiyacların qarşılanması təmin edilib.