adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Aprel 2018 18:15
8212
SİYASƏT

Türkiyə erkən seçkilərə gedir - Politoloqlardan şərh

Məlumolduğu kimi Türkiyədə erkən seçkilər keçiriləcək. Artıq bununla bağlı müəyyənhazırlıqlar gedir. Hakim partiya AKP ilə ana müxalifət MHP arasında bu yöndəilkin razılıq da əldə olunub. İyunun 24-də keçirilməsi planlaşdırılanseçkilərdə MHP AKP-nin namizədini dəstəkləyəcək.

Buarada Türkiyə Baş naziri Binəli Yıldırım mətbuata açıqlamasında erkən seçkiləridəyərləndirib. Qeyd edib ki, erkən seçkilərin keçirilməsi ilə bağlıvətəndaşların gözləntiləri var. Yıldırım bildirib ki, parlament sistemidəyişdirildikdən sonra yeni sistem öz əksini konstitusiyada tapdı. Bundandərhal sonra bəzi maddələr qüvvəyə mindi. Həmin maddələrdə də erkən seçkilərinkeçirilməsi var.

"Busəbəblərdən dolayı bu dəyişikliyin tezliklə qüvvəyə minməsi və faktikivəziyyətin konstitusiya ilə uyğunlaşdırılmasını vətəndaşlarımız gözləyir”.

Türkiyəlisiyasi şərhçilər isə məsələyə müxtəlif yanaşma sərgiləyirlər. Al Monitor vebsəhifəsinin siyasi şərhçisi Semih İdiz deyir ki, erkən seçkilərə Suriyaəməliyyatı rəvac verib. O bu yarışda Ərdoğanın qələbə çalacağını bəyan edib:"Suriya əməliyyatı Ərdoğanın siyasi mövqeyini möhkəmlədib. Artıqseçkilərin erkən keçirilməsi müzakirə edilir. Fikrimcə, bu müzakirələr daha daintensivləşəcək və Ərdoğan və onun siyasi müşavirləri işi isti-isti görməyəçalışacaqlar”.

TənqidçilərƏrodoğanı seçkilərdə qələbə əldə etmək məqsədilə zəmin hazırlamaq üçün Suriyadahərbi kampaniyanı bilərəkdən təşkil etməkdə günahlandırır. Ərdoğan buittihamları qəti şəkildə rədd edir. Qlobal Mənbə Tərəfdaşları mərkəzinin siyasitəhlilçisi Atilla Yeşilada bu yöndə fikirlərini bölüşüb: "Mən Ərdoğanınerkən seçkilər keçirmək istədiyini düşünmürəm. Ərdoğan iki fərziyyə əsasındahərəkət edir. Suriya kürd militantlarının sərhəddən kənarlaşdırılması onasəsvermədə üstünlük verəcək və o fikirləşir ki, iqtisadiyyatı maliyyə baxıındandaha çox stimullaşdırmaqla o, seçicilərin istəklərini təmin edə bilər”.

Seçkilərdə Ərdoğanın yüksək şansları var

Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə deyir ki, sosioloji sorğuların nəticələrinə əsasən Ərdoğanın Türkiyə vətəndaşları arasında yüksək nüfuzu var. Bu nüfuzdan istifadə edən Ərdoğan əlverişli məqamdan istifadə etmək istəyir. Politoloq onu da bildirib ki, türk ordusunun Afrində qələbə qazanması da Ərdoğan üçün müsbət divident hesab etmək olar: "Bütün bunları nəzərə alaraq demək olar ki, qarşıdakı seçkilərdə Ərdoğanın yüksək şansları var”.


Erkənseçkinin 3 səbəbi


PolitoloqŞahin Cəfərli isə seçkilərlə bağlı 3 səbəb göstərib: "Yanğından malqaçırmaq kimi görünən bu fövqəladə seçki qərarının bir çox səbəbi var, mən çoxuzatmadan 3 əsas səbəb üzərində dayanmaq istərdim. Birinci səbəb məhz"yanğın”la, yəni iqtisadi böhranla əlaqədardır. İnflyasiya, işsizlikfaizləri ikirəqəmli səviyyəyə yüksəlib, iş yerləri bağlanır. Bu ilin ilk 2ayında 20 mindən çox əsnaf (kiçik və orta sahibkar) iflas edib, son 4 ildəiflas edən əsnaf sayı isə 430 min nəfərdən çoxdur. 2017-ci ilin yekunlarınaəsasən, 332 mindən çox ticarət obyekti (onların KOBİ dediyi kiçik və ortaölçülü işlətmələr) kredit borcunu ödəyə bilməyərək icralıq olub. Ümumilikdəməhkəmələrdə problemli kreditlərlə bağlı 26 milyon dosye var”. Qeyd edib ki,türk lirəsi hər gün dəyər itirir və bu da öz növbəsində əhalinin gəlirlərininəriməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi deməkdir. Türkiyənin 460 milyarddollar civarında toplam xarici borcu var və bunun 185 milyard dolları bu ilərzində ödənməlidir: "Xarici ticarət kəsiri rekord həddə çatıb və bunun damaliyyələşdirilməsi üçün vəsait tələb olunur. Yeni borclanma olmadan köhnəborcları ödəmək və büdcə kəsirini yamamaq imkansız görünür. Ölkədən ciddimiqdarda kapital çıxışı var. Türkiyənin toplam qızıl-valyuta ehtiyatı hazırda108 milyard dollardır və azalmağa davam edir, bunun 83 milyardı valyutadır,həmin vəsaitin nağd qismi isə təxminən 30 milyard dollardır. İndi hökumətdövlətin əlində qalmış müəssisələri özəlləşdirmək yolu ilə qaynaq yaratmağaçalışır, lakin bunun çözüm olmadığı hamıya aydındır (yeri gəlmişkən, AKPhökuməti indiyədək Türkiyədə ən çox özəlləşdirmə həyata keçirən hökumətdir).Açıq görünür ki, böhran dərinləşərək davam edəcək. İqtidarın müttəfiqi olanBahçeli dünən açıq söylədi ki, Türkiyənin seçkilərin normal vaxtına – 2019-cuilin noyabrına qədər davam gətirməsi mümkün deyil. Ona görə də, Ərdoğana sərfedirdi ki, vəziyyət daha da pisləşmədən, ən qısa müddətdə seçki keçirib, daha 5il müddətinə iqtidarını qorusun”.

Politoloqunfikrincə, seçkiyə qədər yəqin ki, əldə olan qaynaqlardan maksimum istifadəolunaraq vəziyyətin ağırlaşmasının qarşısı alınacaq, sosial-iqtisadi sabitlikgörüntüsü yaradılacaq və seçkilərin nisbətən əlverişli durumda gerçəkləşməsitəmin olunacaq: "İkinci səbəb prezident və parlament seçkilərinin 31 mart2019-cu il bələdiyyə seçkilərindən sonra keçirilməsinin iqtidar üçün daşıdığırisklərlə bağlıdır. Bələdiyyə seçkilərinə AKP ilə MHP ayrı-ayrılıqda gedəcək,yəni rəqib olacaqlar. Bu isə yerlərdə iki partiyanın namizədləri, fəallarıarasında gərginlik yaradacaq (artıq indidən belə bir gərginlik müşahidə olunur,məsələn, MHP-nin əlində olan Manisada). Prezident və parlament seçkiləriöncəsində ittifaqda çat, sosial bazada narazılıq, demotivasiya yarada biləcəkbelə bir rəqabət arzuolunan deyil. Digər tərəfdən, bələdiyyə seçkilərində hakimpartiyanın Ankara və İstanbulu itirməsi ehtimalı var, indi bu 2 meqapolisdə(xüsusən paytaxtda) müxalifətin şansı kifayət qədər yüksək görünür.Prezident-parlament seçkiləri öncəsi paytaxtın və ən böyük şəhərin itirilməsiiqtidara sarsıdıcı zərbə olar, nəticədə mənəvi-psixoloji üstünlük tamamiləmüxalifətin əlinə keçər”.

Ş.Cəfərlihesab edir ki, üçüncü səbəb İyi Parti amili ilə bağlıdır: "MHP əriməyədavam edir və aydındır ki, 2019-cu ilin noyabrına qədər bu partiya indikindənyaxşı durumda olmayacaq. AKP ilə ittifaqa girdiyi üçün 10 faizlik minimumhəddin altında qalsa belə, MHP üçün parlamentə düşmək problemi yoxdur, lakinittifaqda olan partiyaların adları bülletendə ayrı yazılacaq və əgər MHP 7%-dənaz səs alarsa, dövlət yardımından məhrum olacaq. Partiyanın siyasi gələcəyibaxımından əsas problem isə budur ki, MHP-nin 5-6% səs alması bu partiyanınolan-qalan nüfuzuna da ciddi zərbə vuracaq, onu heç öz müttəfiqi də ciddi qəbuletməyəcək. İyi Partinin seçkiyə qatılmaqla bağlı probleminə gəldikdə isə,özlərinin dediyinə görə, ilk qurultay 10 dekabr 2017-ci ildə keçirildiyi üçünbelə bir problem yoxdur. Qanunun tələb etdiyi 6 aylıq müddət iyunun 24-nə qədərtamamlanmış olur. Hətta partiya seçkiyə buraxılmasa belə, bu qadağanı aşmaqüçün imkanlar var. Başqa partiyanın tərkibində (məsələn, Səadət və ya Demokratpartiyaları) seçkiyə qatılmaq mümkündür (böyük ehtimalla, bu 3 partiya ittifaqyaradacaq və güclü sağ alternativ kimi AKP-MHP ittifaqının qarşısına çıxacaq).Digər imkan isə parlamentdə 20 millət vəkilindən ibarət qrup qurmaqdır”.

Qanunagörə, parlamentdə qrupu olan partiyalar seçkiyə qatılmaq haqqı əldə edir:"Hazırda İyi Partinin 5 deputatı var, CHP ilə razılığa gəlsələr və CHP-dən15 millət vəkili İyi Partiyə keçsə, problem həllini tapmış olur. Prezidentseçkiləri ilə bağlı isə problem yoxdur. Meral Akşener 100 min seçici imzası ilənamizəd olacağını açıqladı. Bu arada, Türkiyədə fövqəladə vəziyyət rejimi daha3 ay uzadıldı, yəni ölkə üçün taleyüklü olan iki böyük seçki FV rejimişəraitində keçiriləcək”.


Riskliqərar


PolitoloqQabil Hüseynli isə qedy edib ki, seçkilərin qabağa çəkilməsi riskli birqərardır. Politoloq bildirib ki, hazırda Ərdoğanın reytinqinin ən yüksəkdövrüdür: "Çünki o, Afrin əməliyyatlarını həyata keçirdi və böyük uğurlarqazandı. Ərdoğanın Türkiyədə hazırda nüfuzu yüksəkdir. O, bundan istifadəedərək, erkən seçimlərə getdi. Türkiyədə belə hadisələr tez-tez olur.Reytinqlərini yoxlayırlar və yüksək nəticə varsa, erkən seçkilərə gedirlər.Bundan başqa. Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası MHP iləittifaq yaradıb. Bu ittifaqın yaranması Ədalət və İnkişaf Partiyasınınsəslərinin sayını artırdı. Çünki MHP-nin sosial bazası da AKP-yə səs verəcək.Beləliklə, iki partiyanın koalisiyasının reytinqini dəfələrlə yoxladıqdan sonraməlum olub ki, AKP və MHP koalisiyası bu gün səslərin 56%-ni ala bilər”.

Politoloqunsözlərinə görə, bu rəy sorğusunun seçkidə necə reallaşacağını indidən deməkçətindir: "Amma hər halda Türkiyə çox çətin bir dönəmə daxil olub. NATOdövlətləri ilə münasibətləri çox korlanıb. ABŞ-la əlaqələr də gərginab-havadadır. Rusiyaya meyillənmə Qərb dünyasında Türkiyəyə qarşı böyük qəzəbyaradıb. Belə bir çətin şəraitdə reytinqin hər zaman yüksək olacağı qənaətindədeyiləm. Seçkilərdə Ərdoğan və MHP üçün xoş olmayan sürprizlər də mümkündür”.