adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Noyabr 2017 16:37
11527
GÜNDƏM

Türkiyə Cocuq Mərcanlıda layihə həyata keçirmək istəyir

Türkiyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin inkişafına töhfə vermək üçün burada layihə həyata keçirmək istəyir.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.

Səfir qeyd edib ki, bu layihə Cocuq Mərcanlıda kənd təsərrüfatı və heyvandarlığın inkişafını nəzərdə tutan təsərrüfatın yaradılmasını və burada aqrar məhsulların istehsalını nəzərdə tutur. Bu təsərrüfatda istehsal olunacaq məhsullar daxili bazara yönəldilməklə yanaşı, gələcəkdə xarici ölkələrə də ixrac edilə bilər.