adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Dekabr 2019 10:00
25170
SİYASƏT

Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycana səfərə gəlib

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün dekabrın 18-də Azərbaycana səfərə gəlib.

Adalet.az-ın məlumatına görə, Mustafa Şentopu Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Məclis sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.