Türkiyə 6 şəhid verdi
Türkiyədə beş əsgər və bir kənd qoruyucusu şəhid olub.
Adalet.az-ın məlumatına görə, səhər saatlarında Bingöl rayonunun Kiğı qəsəbəsində partlayıcı qurğu hərbi maşın keçərkən partladılıb, bir əsgər şəhid olub.
Siirtin Kurtalan qəsəbəsində əsgərlərin növbədə olduğu posta ildırım düşməsi nəticəsində bir əsgər həyatını itirib, bir əsgər isə yaralanıb.
Üçüncü qara xəbər Hakkari rayonunun Çukurça qəsəbəsindən gəlib. Güven dağı bölgəsində PKK terrorçularının qumbaraatanlardan açdığı atəş nəticəsində bir əsgər şəhid olub, həmin bölgədə minaya düşən əsgər ağır yaralanıb. Döyüşdə beş terrorçu zərərsizləşdirilib. Diyarbəkir rayonunun Hani qəsəbəsində isə PKK terrorçularının quraşdırdığı partlayıcı qurğunun işə düşməsi nəticəsində iki əsgər şəhid olub, daha ikisi yaralanıb.
Ən son Batman rayonunda Mava dağı bölgəsində PKK terrorçuları ilə atışma zamanı əsgərlərlə birlikdə döyüşən kənd qoruyucularından biri həyatını itirib.
Digər Xəbərlər
04 May 2024 21:30
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 10:00Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37