adalet.az header logo
  • Bakı -°C
30 Dekabr 2025 11:44
73
İDMAN
A- A+

Millimizin sabiq futbolçusu komandasının uduzacağına mərc edibmiş

Türkiyədə mərc oyunlarına iştirak etməkdə şübhəli bilinərək saxlanılan Azərbaycanın U-17 və U-19 millilərinin sabiq futbolçusu İsmayıl Karakaşın öz komandasının əleyhinə mərc etdiyi məlum olub.

Adalet.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə 2022-ci il yanvarın 30-da, Karakaşın “Edirnespor” klubunda çıxış etdiyi dövrdə baş verib.

Müdafiəçi həmin matça ehtiyat oyunçular skamyasında başlayıb və 84-cü dəqiqədə meydana daxil olub. O, mərc saytlarından birində "rəqib komanda qalib gələr" seçiminə 50 lirəlik (həmin zaman təxminən 2,80 manat) kupon yazıb. Maraqlısı odur ki, Karakaş öz oyununa dair mərci qazansa da, kuponundakı digər oyunlarda yanlış təxminə görə uduzub.

Qeyd edək ki, İsmayıl Karakaş Azərbaycanın U-17 (2016) və U-19 (2017) yığmalarında ümumilikdə 14 oyunda iştirak edib. O, hazırda "Erciyes 38" komandasının şərəfini qoruyur./Teleqraf