adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Noyabr 2014 13:11
4347
ƏDƏBİYYAT

Türk xalqlarının gənc şair yazarları Bakıda toplaşacaqlar

Noyabrın 27-30-u bir sıra türk xalqlarının gənc şairvə araşdırmaçı-yazarları  Bakıda görüşəcək. Dünya Gənc Türk YazarlarBirliyindən (DGTB) Adalet.az-a verilən məlumatagörə, qurumun təşkilatçılığıGənclər və İdman Nazirliyinin maliyyə dəstəyi iləbaş tutan tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan,Moldova (Qaqauz), Tatarıstan, İraq (Kərkük) kimi ölkə,topluluq və şəhərlərdən müxtəlif türk xalqlarını təmsil edən istedadlı gənc şairlər,perspektivli araşdırmaçı-yazarlar iştirak edəcəklər.

Məqsədtürk coğrafiyasını əhatə edən gəncyazar birlikləri arasında məsləhət mühitinin yaradılması, habelə Azərbaycanın gəncqələm sahiblərinin digər türk xalqlarından olan həmyaşıdları ilə fikir mübadiləsiaparmasına, gələcəkdə də ədəbi əməkdaşlığın güc­lən­di­rilməsinə xidmət edir.

Gələcəkdə DGTYB-nin təşkilat mandatına(missiyasına) uyğun nəşrin işıq üzü görməsi də nəzərdə tutulub.  

Səfər çərçivəsində gənc türk yazarları ŞəhidlərXiyabanı və Fəxri Xiyabanı ziyarət edəcək, tanınmış yazıçılarla görüşəcək, müxtəlifədəbi qurumlarla, bir sıra Azərbaycan yazarlarının ev muzeyləri ilə tanışolacaqlar. Tədbir çərçivəsində türk dünyası ədəbiyyat aləmində baş verən ədəbiproseslər, gənc nəslin ədəbiyyatda rolu və qardaş xalqların ədəbiyyatınıntanıdılması və gələcəkdə əməkdaşlıqlar istiqamətində müzakirələr aparılacaq, çıxışlar, təkliflər dinləniləcək və"Yekun Bildiriş” qəbul ediləcək.

Sonda bir neçə ziyalıya"Türk Dünyasına XidmətÖdül”ünün təqdimat edilməsi nəzərdə tutulub.

Noyabrın 29-da "Türk Dünyası ŞeirAxşamı”nın keçirilməsi də planlaşdırılır.