adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Aprel 2019 17:46
39695
LAYİHƏ

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

(əvvəli ötənsayımızda)

Qazağstanın CənubiQazaxıstan vilayətinin Türküstan şəhərində yerləşən şair və mütəsəvvif Xoca ƏhmədYəsəvinin məzarı üzərindəki mavzoley "Həzrət - Sultan" tarixi-mədənimuzey-qoruğunun mərkəzi abidəsidir.

İnsanı Tanrıdanqopan nur zərrəciyi hesab etdiyi üçün Yəsəvilik mürşid və mürid münasibətləri üzərindəqurulan , şəriət, təriqət, mərifət və həqiqət yolunu işıqlandıran ilahi eşqə və "Vəhdəti-vücud" fəlsəfəsinə əsaslananirfani görüşlər sistemidir. Xoca Əhməd YəsəviTək Varlıqla vəhdəti-vücud olmağın yolunu zahidlikdən və abidlikdən dəyuxarıda dayanıb aşiqlik mərtəbəsinə qalxmaqda gördüyünə, aşiqliyə dəlalət edəneşqin mənbəyini gözəllikdə axtardığına görə XI hikmət silsiləsinin 11-ci bəndində yazırdı:

Zahidbolma, abid bolma, aşiq bolgil!

Möhnəttartıb eşq yolıdə sadiq bolgil!

Nəfsinitifip dərgahiğə layiq bolgil!

Eşqsizlərinhəm canı yox, imanı yox.

(Bax.Pənah Xəlilov.Əhməd Yəsəvi. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1997. s.42.) Buməqamda İmadəddin Nəsiminin aşağıdakı dördlüyünü xatırlamamaq mümkün deyildir:

Dərdinəaşiqlərin dərmani yoq!

Zərqiçoq, zahidlərin imani yoq!

Tənlərivardır, vəliykən cani yoq!

Əhdinəsabit deyil, iyqani yoq!

(Bax.Nəsimi.Məndə sığar iki cahan. Bakı, "Gənclik", 1973.səh. 244-245.)

Vhikmət silsiləsinin 12-ci bəndində isə ərlik və ərənliyə çağırış motivləri özünügöstərir:

XacəƏhməd, ər bolmasan, ölgən yaxşı!

Qızılyüzün qara yerdə solğan yaxşı.

Tofraqsifət yer əstidə bolğan yaxşı!

Zatıuluğ xacəm sığnıp qaldım sanğa.

(Bax.Pənah Xəlilov.Əhməd Yəsəvi. AzərbaycanDövlət Nəşriyyatı. Bakı-1997. s.38.)

Xoca Əhməd YəsəviVIII hikmət silsiləsinin 12-ci bəndində"olanların xudadan" olduğunu, doğulduğu yerin isə "mübarəkTürküstan" olduğunu göstərir.

Nələr gəlsə,görmək olar ol xudadan.

Yusifiniayırdılar ol Kən'andan.

Toğğan yerim olmübarək Türkistandan

Bağırmağa taşlarurup qıldım muna.

(Bax. Pənah Xəlilov.ƏhmədYəsəvi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997. s.38.)

Xoca Əhməd YəsəvininIX hikmət silsiləsinin 1-ci bəndindəki

Könül gözinyarutmayın taət qılsa.

Dərgahlığaməqbul eməs bildim muna.

Həqiqətdənbu sözləmi pak ögrənib

Laməkandahadan sebak aldım muna.

Xhikmət silsiləsinin 10-cu bəndindəki

Başımtofraq, özüm tofraq, cismim tofraq...

Hərvəsliğə yetər deb ruhum müştaq,

Göydüm,yandım, bolalmadım hərgiz afaq,

Şəbnəmbolub yer əstiğə girdim muna.

misralarıXoca Əhməd Yəsəvinin sifi görüşlərini daha da aydın göstərir. Bu nümunələrdəki "işıqlandırmayın"mənasında işlənən "yarutmayın", "alt" mənasında işlənən"əsti" sözlərinin Azərbaycan dilindəki "yarımaq", "yarıtmaq" və "yastı","yastıq" variantları diqqəti cəlb edir. Bir qayda olaraq Mövlanə CəlaləddinRumiyə isnad edilən "Göydüm, yandım, bişdim" formantının ondan xeyli əvvəl "Göydüm, yandım,bolalmadım hərgiz afaq" şəklində Ə. Yəsəvidə işləndiyi də gözqabağındadır.Y.Balasaqunlunun "Qudatqu bilik" əsəri nəzmdə ilk əruzqarışıq türk əsəri olsa da, Ə. Yəsəvinin"Divani-hikmət"i heca vəznində yazılan ilk türk təkkə ədəbiyyatınümunəsidir.

Xaliqimniizlarmen

Tün-küncahan içində.

Tördyaşimdin yol indi

Kövnüməkan içində.

Törtdinyettiqə yettim,

Tokkuznu

küzaretdim.

Vəhdətşərabın içtim,

Tüstümmeydan içində.

(Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalqsufizminin bə'zi problemləri. Bakı, "Ağrıdağ", 1997.s.62.) Ə. Yəsəvinin "Divani-hikmət"ində əruzvəznində yazılan şeirlərə, hətta qəzələ də rast gəlmək olar:

Hərkişi görsə cəmalin dünya işin bərbad etər,

Keçə-kündüztinə bilməs, xudayini yad etər.

(Bax.Füzuli Bayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə'zi problemləri. Bakı,"Ağrıdağ", 1997.s.64-65.)

XocaƏhməd Yəsəvi özündən sonra gələn təsəvvüf və irfan ədəbiyyatına güclü təsirgöstərmiş və təriqət rəhbəri məqamına yüksəlmişdir. O, ideyaları və əsərləri iləmütəsəvviflər məktəbi yaratmışdır. Onunyaratdığı məktəb özünün adı ilə Yəsəvilik adlandırılmışdır. Nəqşbəndilik və Bəktaşiliyin Yəsəvilikdənqaynaqlandığını deyənlər də vardır.Onlar bunu Xoca Bəhaəddin Nəqşbəndiləqəbi ilə tanınan Məhəmməd bin Məhəmməd ül-Buxarinin Yəsəvi şeyxlərindən KasamŞeyx və Xəlil Ata ilə bir müddət bir yerdə olması və onlardan feyz alması ilə əlaqələndirirlər. 22-23 sentyabr 2010-cu ildəAşqabadda"Xoca əhməd Yəsəvi və Şərq sufi ədəbiyyatı" beynəlxalq elmi konfransıkeçirilmişdir. 2016-cı il YUNESKO-nu qərarıil Yəsəvi ili elan edilmişdir. 26-28 sentyabr 2016-cı ildə İstanbul, 24-26oktyabr 2016-cı ildə Almatı UnuversitetlərindəI, 25-26 aprel 2018-ci ildə isə II uluslararası "Keçmişdən gələcəyə"Xoca Əhməd Yəsəvi Simpoziumu olmuşdur.

***

Yunis İmrə. Xoca əhməd Yəsəvidən sonra türkcəni təsəvvüfdilinin ən yüksək qatına qaldıran Yunus İmrənitürk-islam dünyasında belə dəyərləndirirlər: " ... Təkkə şeirininAnadoludakı ilk təmsilçilərindəndir, o bütün insanlığa xitab edən şairdir, Oğuzlehcesiyle Anadolu Türk edebiyatının kurucusu"dur, Biçim yönünden ...Ahmet Yasev??nin hazırladığı geleneği izlemiştir. ... Oğuz lehcesini, en yüksek edebiyat dilih?linde yazmak ve sonra gelen bütün şairlereen mükemmel örnekler bırakmak gibi bir "möcüzeyi"

(Bax. AhmetKabaklı.Türk edebiyatı. II c. İstanbul,1997.s.308,322.) başarmıştır."

Çox təəssüf ki,Azərbaycan ədəbiyyatında indiyədək layiqli yer almasa da, Anadolu- türk ədəbiyyatındadaim yer alan Yunis İmrə 1239-1321 və ya1240/41-1320/21-ci illərdə ömürsürmüşdür. Yunus İmrə tərcümeyi-halınınbir çox mübahisəli məqamları (Ətraflı məlumat üçün bax. Ahmet Kabaklı. Türkedebiyatı. II cilt. İstanbul-1997. Səh.315. ; Vaqif Aslan. Yunus İmrənin XI qəbri. "Elimiz. Günümüz" qəzetinin 2011-ci il mart, aprel, iyun, iyul vəavqust sayları. Azərbaycan Müəllimlərİnstitutunun "Xəbərlər"i2011-ci il, № 2,səh.39-43.; №3,səh. 35-42.) vardır.

TürkiyəCümhuriyyəti coğrafiyasında onun 10-12 yerdə ziyarətgah kimi fəaliyyətgöstərən qəbrinin olması bu qəbildənolan mübahisələri daha da qızışdırır.

Yunus İmrənindaha bir qəbri isə Azərbaycan Respublikası Qax rayonununun Oncallı kəndindəki Oğuz qəbristanlığındadır.

AzərbaycandaYunus İmrənin qəbrinin bir neçə yerdə deyil, konkret olaraq bir yerdə , üstəlikdə mürşidi Şeyx Tapdığın qəbri ilə eyni bir qəbristanlıqda olması , bunlardanda əlavə vəsiyyətinə

Qax. Oncallı kəndiOğuz qəbristanlığı. Yunis İmrənin qəbri görə mürşidinə gedən yolun üstündə dəfnedilməsi diqqəti cəlb edir. Bəzi qaynaqlarda Yunus İmrənin Anadoluya gələn türkboylarından birinə bağlı olduğunu göstərənməlumatların da yer alması , "Türk edebiyatı"nın özündə belə Yunusİmrənin "kesinlikle ne doğum yerini, ne ailesini, ne de yaşayış tarzınıbiliyoruz" (Bax.Ahmet Kabaklı. Türk edebiyatı. I cilt. İstanbul-1994.s. 308.) şəklində təqdim edilməsi yuxarıdakı fikri daha da qüvvətləndirir.

(ardı növbətisayımızda)

Vaqif Aslan

AYB Şəki bölməsininsədri

ADPU Şəkifilialının baş müəllimi