adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Aprel 2019 17:50
51772
LAYİHƏ

Türk sufi triadası - Şeyx Əhməd Yəsəvi, Yunis İmrə, İmadəddin Nəsimi

VII əsrinsonlarından başlayaraq XIII-XIV, hətta, bəzi yerlərdə XV əsrə qədər davam edənvə bir sıra hallarda fərqli coğrafiyalarda indi də davam etməkdə olanislamlaşma prosesi türk-müsəlman ədəbiyyatındadin və təkkə, divan və xalq ədəbiyyatı (Bax. Ahmet Kabaklı. Türk edebiyatı. IIcilt. İstanbul-1997. s.218.) şəklində təzahür etmişdir.

Hələ X-XI əsrlərdəƏbu Reyhan Biruni ( 973 -1048) və Abdulkərim Kuşeyri ( 986 - 1072,)araşdırmalarında "təsəvvüf" sözünün ərəbcə "saf" və ya"suffə", yaxud da "yun" anlamına gələn "sofi" vəya "sufi" sözlərinin cəm şəkli olan "sofiya", yaxud"sufiyə" sözlərindən törədiyini deyil, yunan mənşəli"feylesof" ("hikmətsevər", "bilgin") sözündəki"sof", "sofos"və ya "sofiya" tərkibindəngəldiyini (Bax. Yaqub Babayev. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, "Nurlan", 2007. Səh. 9.,Bax. Ahmet Kabaklı. Türk edebiyatı. II cilt. İstanbul-1997.s.236.) ) göstərmişlər.

Sufi ədəbiyyatıtəkcə islami görüşlərlə izah etmək çox vaxt səhv nəticələrə gətiribçıxardığından Həllac Hüseyn ibn Mənsur(858-922), Fəzlullah Nəimi (1339-1394), İmadəddin Nəsimi (1369-1417) kimidühaların dərilərinin soyulmalarına və edamına hökm verilmişdir."İşraqilik" ("Aydınlaşma") təliminin banisiŞihabəddin Yəhya Sührəverdi (1154-1191) isə yunanlardan, hindlilərdən, məcusilərdənbəhrələnməkdə (Bax. Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Səh.73.) təqsirləndirilmişdir. Əgər islami görüşlərbaxımından verilən bu hökmlər doğru olsaydı, müsəlman aləmi edama vəgünahlandırılmağa məruz qalan sufilərin məzarlarını ziyarətgaha çevirməzdilər-V.As. Sufi ədəbiyyatda Tanrıçılıq, Şamanlıq, Bütpərəstlik, Atəşpərəstlik, Zərdüştilik,Buddaçılıq, Musəvilik, İsəvilik, Manilik, Konfusiçilik elementləri olduğundanonu Yer kürəsini əhatə edən və etməkdə olan biliklər, təsəvvürlər, miflər, rəmzlər,inanclar, tapınaqlar sistemində axtarmaq, incələmək və şərh etməklazımdır-V.As. Çünki sufi ədəbiyyatda ilkinliklə müşayiət edilən təkamül əqli və hissi idrakın sinkretizmi şəklində özünü göstərir-V.As.O, Yaradana və yaradılanlara mümkünolan bütün görmə bucaqlarından baxışdır-V.As. Dini - dünyəvi bilikləri və təsəvvürləriiçinə alan təsəvvüf özünəməxsus düşüncətərzidir-irfan və ürfan yoludur. Orada tez-tez rast gəlinən "eşq","sevgili", "dost", "şərab", "məclis","sərxoş" və s. sözlər rəmzi mənadaşıyır və Allaha ünvanlanır.

Müsəlman aləmindəVIII əsrdə yaşamış və ilk dəfə "sufi" deyə çağırılmış şəxs Əbu HaşimKufəi olsa da, onun müasiri Əbu İshaq Bəlxi sufiyanə həyat tərzi keçirərəkhakimliyindən və var-dövlətindən imtinaetsə də (Bax. Rəhim Əliyev. Nəsimi və klassik dini üslubun təşəkkülü. Səh. 28.Bakı, "Nafta Pres", 2006.), ilk sufilərdən biri sayılan Rəbiə əl-Ədaviyə(713/718-801) adlı bir qadın "Mənmövcudluğumdan çıxdım, öz-özümün içindən çıxdım, Allahla birləşdim, bütünlükləonun oldum" (Bax. Y.E.Bertels. Sufizm i sufiyskaya literatura. S.18.Moskva, "Nauka", 1963.) deyəözünü, "Allahım, əgər mən səni cəhənnəm qorxusuna görə sevirəmsə, mənionda yax. Əgər səni cənnət arzusu iləsevirəmsə, məni ondan məhrum et. Əgər sənin camalını görmək ümidi ilə sənə ibadətedirəmsə, o görüşü məndən əsirgəmə"(Bax. Yaqub Babayev. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, "Nurlan", 2007. Səh. 6-7.)deyə yaşamının mənasını ifadə etsə də, ərəbaləmində Zünnun Əl- Misri (?-854), Əbu Abdullah əl-Mühasib (IX əsr ), BəyazidBistami (?-874) , Həllac Hüseyn ibn Mənsur(858-922), Cüneyd Bağdadi (820-910) və başqaları sufi təlimin banisi hesab edilsələr də (Bax.ASE, IX c. S.91. Bakı,1986.), türk aləmindəislam dininin Qaraxanilər (840-1212)dövründə 932-ci ildə dövlət səviyyəsində qəbul edilməsindən sonra sürətlə inkişaf etməyə və yayılmağabaşlayan türk-islam sufizmi təsəvvüf ədəbiyyatınıvə fəlsəfəsini daha da zənginləşdirdi.

Inancın vəetiqadın islam qatında yeni bir inkişaf mərhələsinə daxil olan türk sufizmidünya ədəbi-bədii-fəlsəfi təfəkkür tərzinə təsir göstərən ədəbiyyata çevrildi.Türkün "Tanrı" sözü və anlayışı ilə ərəbin "Allah" sözü vəanlayışının müəyyən mənada üst-üstə düşməsi bu prosesə daim təkan verdi. Mürşid- mürid münasibətlərinə əsaslanan sufizmin fəlsəfi əsası canlı və cansız aləmdəAllahın təzahürünü görə bilmək (panteizm) olduğundan Nəqşbəndilik,"İşraqilik", Bəktaşilk, Mövləvilik,Xəlvətilik, Hürufilik və sair kimi sufi təriqətlər meydana gəldi vətürk mütəsəvviflərin adı ilə bağlandı.Onlar dünyanı bir dinə gətirmək istiqamətində eninə, uzununa və dərininəinkişaf etməkdə olan sufizmə böyük töhfələr verdilər. Prof. Dr. Gülşən Əliyeva- Kəngərli demişkən: "... erkən sufilərdəngələn "kamilinsan" konsepsiyası sufizmdə "ilahi insan" həddinə - son həddə qədər (Bax. Prof. Dr.Gülşən Əliyeva - Kəngərli. Azərbaycan ədəbiyyatındasufizm. 525-ci qəzet. 31. 12. 12.15:00) yüksəldi." Bunların sırasında sırf türkcə yazıb yaradanmütəsəvviflər də var idi ki, onlar əqli və hissi yaşantılarını, ədəbi-bədii-fəlsəfidüşüncələrini poetik bir dillə ifadə edirdilər. Çünki türk ruhu qanadlı ruholduğundan poetizmi daha yaxşı qəbul edirdi. Elə bu mənada Şeyx Əhməd Yəsəvi,Yunis İmrə, İmadəddin Nəsimi triadasıtürk-islam sufi ədəbiyyatının əqli və hissi idrak çevrəsini daha genişləndirmiş, onu dünyanın hər yerindən görünən bir zirvəyəqaldırmışdır. Xoca Əhməd Yəsəvi. O, təsəffüf ədəbiyyatında ilk türk təkkə şairi, dərviş və kəramət sahibi olan övliyakimi tanınmaqdadır. Onu fəxrlə Türküstan piri də adlandırırlar. O,"Vücudnamə", "Divani-hikmət" və "fəqirnamə" əsərləriilə məşhurdur. Şeirlərində Oğuz ünsürləri vardır.

Elm aləmi Xoca Əhməd Yəsəvinin 1102/1103 - 1166/1167-ci illərdə ömür sürdüyünüqəbul edir. O indiki Çimkənd yaxınlığındakı Seyram (o dövrdəki İsficab vəAkşehr) şəhərində Şeyx İbrahimin ailəsində doğulmuşdur.

Onun"Vücdnamə"sinin bir yerində

Ərənlərdən fəyzufütuh alalmadım,

Yüz yiqirmə beşqəkirdim, biləlmədim.

Haqq taala taətlərinkılalmadım,

Eşitib, oxub,yerqə kirdi kul Xoca Əhməd.

(Bax. FüzuliBayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə'zi problemləri. Bakı,"Ağrıdağ", 1997. S.9.)

digər bir yerindəisə

Əya, dostlar,qulaq salın ayduğumda,

Nə səbəbdənaltmış üçdə girdim yerqə?

Me'rac üzrə haqMustafa ruhum gördü,

Ol səbəbdənaltmış üçdə girdim yerqə.

(Bax. Pənah Xəlilov.ƏhmədYəsəvi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997, s.13.)

deyilməsi"Vücudnamə"nin Xoca Əhməd Yəsəvidən sonra gələn sufilər tərəfindən təkrar-təkrarişlənməsindən xəbər verir..

Xoca Əhməd Yəsəvi6-7 yaşlarında valideynlərini itirmiş, bir müddət böyük bacısının himayəsindəqalmış, daha sonra Yəsi şəhərinə gəlmişdir.

Yəsi şəhəri XVI əsrdənTürküstan adlandırılmış və bu adla indi də Qazaxıstanda ziyarətgahdır. O, təhsili və fəaliyyəti bu şəhərlə bağlıolduğundan özünə "Yəsəvi" nisbəsini təxəllüs olaraq götürmüşdür. "Vücudnamə"yə görə, Xoca Əhməd Yəsəvi ilk təhsilini Yəsidə, Şeyx Arslan Babadan almış, onun vəsiyyəti ilə Buxaraya getmiş,İyirmi səkkiz yaşında piri Şeyx Yusif Həmədaniyərast gəlmiş, ondan təsəvvüf elmini öyrənmiş,otuz dörd yaşında alim olub hikmət söyləmiş, otuz altı yaşında kamal mərtəbəsinəçatmış, mürşidi Yusif Həmədaninin (1048-1140) vəfatından sonraBuxarada bir müddət onu əvəz etmiş, təqribən 50 yaşlarında Yəsiyə (Bax. FüzuliBayat. Xoca Əhməd Yəsəvi və xalq sufizminin bə'zi problemləri. Bakı,"Ağrıdağ", 1997. s.9, 12-14., Pənah Xəlilov.Əhməd Yəsəvi.Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997, s. .8-9.). qayıtmışdır . Məhəmməd peyğəmbərin ömründən artıq ömür sürməkistəməyib öz müridlərindən Yəsi şəhərindəki təkkəsinin qabağında bir quyuqazmağı xahiş etmişdir. O bu quyuya nərdivanla enirmiş. Quyunun dibində bircə nəfəryerləşə bilirmiş. Buna çilləxana (Bax. Pənah Xəlilov.ƏhmədYəsəvi. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1997. s.4.) deyirmişlər.Onu elə öz təkkəsinin yanında (Bax. Füzuli Bayat. Xoca Əhməd Yəsəvi vəxalq sufizminin bə'zi problemləri. Bakı,"Ağrıdağ", 1997. S.16.) dəfn etmişlər. Onun türbəsini Qızıl Orda xanı Nasirəddin Toxtamış xan (təx.1342-1405-08) 1387-ci ildə yəğmalatdırsa da, Əmir Teymur (1336-1405)onu1395-1397-ci illərdə bərpaetdirib yanında bir məscid (Bax. Pənah Xəlilov.ƏhmədYəsəvi.

Azərbaycan DövlətNəşriyyatı. Bakı-1997. s.10.) tikdirdirmişdir.Yəsəvinin bu nəhəng məqbərəsinin qapısı üzərində bu sözlər yazılmışdır:"Qeybin açarı ondadır. Ondan başqa heç kim (Bax.Füzuli Bayat. Xoca Əhməd Yəsəvivə xalq sufizminin bə'zi problemləri. Bakı, "Ağrıdağ", 1997.s.17.) bilməz."

(ardı növbətisayımızda)

Vaqif Aslan

AYB Şəki bölməsininsədri

ADPU Şəkifilialının baş müəllimi