adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Yanvar 2020 11:36
60851
ƏDƏBİYYAT

Türk qambiti

"Qanun” nəşriyyatırus yazşçısı Boris Akuninin "Türk qambiti” romanını Mehman Cavadoğlunun tərcüməsindənəşr edib. Erast Fandorinin macəraları seriyasından tarixi detektiv mövzusundayazılmış əsərdə hadisələr 1877-78 –ci il Rusiya-Türkiyə müharibəsi dövründə cərəyanedir. Adalet.az həmin əsərdən bəzi maraqlı parçaları diqqətinizə çatdırır.

Yedincifəsil

Varya namuslu qadın adını

itirir

"Moskskiye qubernskiye vedomosti”,

22 iyul (3 avqust) 1877-ci il.

Bazar günü felyetonu

"Sizinsadiq nökəriniz ötən aylar bizim arxa cəhhənin daimi sakinlərinin məskəninəçevrilmiş bu şəhərin vaxtilə Pazçalan təxəllüslü, başqa bir adı da Drakulaolan knyaz Vlada tərəfindən salındığınıöyrənəndə hər şey aydın oldu. İndi məlum olur ki, Bukareştə bir rublu niyə ənyaxşı halda üç franka dəyişirlər, nəyə görə adi yeməkxanadakı bərbad bir nahar"Slavyan bazarı”ndakı banketin qiymətinə başa gəlir, mehmanxana otağına görəpul verəndəsə elə bil Bukinhem sarayınaicarə haqqı ödəyirsən. Lənətə gəlmiş xortdanlar rus qanını sorur, sorur,iştahla dodaqlarını yalayır, hələ bir tüpürürlər də. Hər şeydən pisi odur ki,üçüncü dərəcəli alman şahzadəsini rumın hökmdarı seçəndən sonra özmuxtariyyatına görə istisnasız olaraq Rusiyaya borclu olan bu Dunay əyalətikolbasa və sardelka iyi verməyə başladı. Boyar-qospodarların gözü qerr[1]Bismarkdadır, bizim rusak[2]qardaşlarsa burda əmi oğlu keçi sayılır: əmcəyini dartır, sonra da üstdən aşağıbaxırlar. Belə çıxır ki, onlar Plevna çöllərində öz müqəddəs qanlarınırumınların azadlığı naminə axıtmır?!”

Varyayanılmışdı, çox pis yanılmışdı. Bukareşt səfəri xeyli darıxdırıcı oldu.

Rumınknyazlığının paytaxtında istirahət etməyə fransızdan başqa daha bir neçə jurnalistyollanmışdı. Hamıya aydın idi ki, yaxın günlərdə döyüş meydanında maraqlı birşey olmayacaq, ruslar Plevna müsibətindən tezliklə özlərinə gələ bilməyəcəklər.Odur ki, jurnalist can-ciyərlər arxa cəbhənin kefini çıxartmaq həvəsinədüşmüşdülər.

Hazırlıquzun sürdü, yalnız üçüncü gün yola düzəldilər. Varyanı xanım olduğuna görəMaklaflinin yüngül gəzinti arabasına mindirdilər, qalanlarsa atla gedəsi vəYataqanın yavaş yerişindən bezmiş fransıza uzaqdan baxmalı, söhbətisə irlandlaeləməli oldu. O, Varyayla Balkanların, Londonun və Orta Asiyanın iqlim şəraitiyləbağlı hərtərəfli müzakirələr apardı, öz ekipajının ressorlarının quruluşuhaqqında məlumat verdi və bir neçə çətin şahmat etüdlərinin ətraflı şəkildə təsvirelədi. Bütün bunlardan əhvalı korlanan Varya yoldaşlarına, o cümlədənatılıb-düşməkdən sifəti qızarmış d`Evreyə düşmən kimi baxmağa başladı.

Yolaşıxdıqları ikinci gün – artıq Aleksandriyanı keşmişdilər – bir az maraqlı oldu,çünki Zurov da gəlib süvarilərə qoşulmuşdu. O, döyüşdə fərqlənmiş, igidliyinəgörə Sobolyovun adyutantı olmuşdu, hətta, general, deyəsən, onu "anna”ya da təqdimetmək istəyirmiş, ancaq qusar bunun əvəzində ondan bir həftəlik məzuniyyətqopartmışdı əvəz eləmişdi – öz diliylə desək quluncunu qırdırmaq üçün.

Əvvəlcərostmistr Varyanı cigitlik eləməklə əyləndirməyə başladı: atın belində ora-buraşütüyərək çapa-çapa mavi zəngçiçəklərini dartıb qopardır, qızıl imperiallarıatıb-tutaraq hoqqabazlıq edir və yəhərin üstündə ayaq üstə durub çapırdı. SonraMaklaflinlə yerini dəyişməyə cəhd göstərdi, ancaq çox soyuqqanlı və qəti rəddcavabı aldığını görüb fağır hambalı kürən madyanına mindirib özü onun yerindəqozlaya oturdu və dərhal başını döndərəköz qəhrəmanlığı və təzə adyutantın qanlı-bıçaq olduğu qısqanc JeromkaPerepalkinin fitnə-fəsadları haqqındahap-goplarıyla Varyanı xeyli güldürdü. Beləcə mənzi başına çatdılar.

ErastPetroviçin dediyi kimi Lukanı tapmaq çətin olmadı. Təlimata uyğun olaraq Varya ənbahalı "Ruayyal” mehmanxanasında qaldı, qapıçıdan podpolkovnik haqqında soruşduvə məlum oldu ki, son excellence[3]burda çox məşhurdur – dünən də, srağagün də restoranda kef edirmiş. Yəqin ki,bu gün də gələcək.

Axşamahələ çox var idi. Varya dəbdəbəli Kalya-Moqoşoya gəzməyə getdi. Çadır həyatındansonra bura onun gözünə Nevski prospekti kimi görünürdü: bər-bəzəkli ekipajlar,dükanların pəncərələri üstündə zolaqlımarkizlər, gözqamaşdıran cənub gözəlləri, mavi, ağ, hətta çəhrayı syürtukgeyinmiş şəkil kimi qarabuğdayı oğlanlar və mundirlər, mundirlər, mundirlər. Rusvə fransız dilləri rumın dilini tam üstələmiş, eşidilməz etmişdi. Varya əslmüasir bir kafedə iki fincan kakao içdi, dörd pirojna yed