adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Yanvar 2020 16:33
31261
GÜNDƏM

Türk qambiti

"Qanun” nəşriyyatı rus yazşçısı Boris Akuninin"Türk qambiti” romanını Mehman Cavadoğlunun tərcüməsində nəşr edib. ErastFandorinin macəraları seriyasından tarixi detektiv mövzusunda yazılmış əsərdəhadisələr 1877-78 –ci il Rusiya-Türkiyə müharibəsi dövründə cərəyan edir.Adalet.az həmin əsərdən bəzi maraqlı parçaları diqqətinizə çatdırır.


Birinci fəsil

Qabaqcıl qadın çətin vəziyyətə düşür

"Revyu parizen” (Paris)

14(2)iyul 1877 - ci il.

"Artıq ikinci həftədir ki, Dunaydakı rus ordu düşərgəsində olanmüxbirimiz xəbər verir ki, dünən imperator Aleksandr özünün 1 iyul (Avropa təqvimiylə13 iyul) tarixli fərmanıyla Dunay çayını uğurla keçərək Osmanlı dövlətinin sərhədlərinəsoxulmuş öz qalib ordusuna təşəkkür edib. Əlahəzrətin imzaladığı ali fərmandadeyilir ki, düşmən büsbütün əzişdirilib və uzağı iki həftəyə Konstantinopoldaklmüqəddəs Sofiya məbədindən provoslavxaçı asılacaq. Başıpozuqların – öz qaniçən təbiətləri və vəhşidavranışlarıyla məşhur olan buyarımquldur və yarımpartizanların uçan dəstələrinin rus kommunikasiyarınıara-sıra həşərat kimi gəmirməklərini nəzərə almasaq hücum edən ordu, demək olarki, heç bir müqavimətlə üzləşmir”.

Mübarək Avqustin deyir ki, qadın cılız və etibarsız məxluqdur.Qadınlara nifrət eləyən bu cahil haqlıdır, min dəfə haqlıdır. Ən azı VarvaraSuvorova adlı bir zata münasibətdə.

Şən, çılğın bir macəra kimi başladı, gör nəylə qurtardı. Səfeh qız, sənəbu da azdır. Anası oturub-durub deyədiki, Varya gec-tez öz başına bəla açacaq. Açdı da.

Qızın öz müdrikliyi və div səbriylə seçilən atasısa növbəti odlu-alovlu nitqlərinin birində onun ömür yolunu üç mərhələyə bölmüşdü: yubkalışeytancığaz; tanrı cəzası; kəmağıl nihilist. Varya indiyədək bu təriflə qürurduyduğunu və qazandıqlarıyla kifayətlənmək fikrində olmadığını söyləsə də, təkəbbürüvə özünə hədsiz inamı onunla çox qəddarcasına məzələndi.

Axı, niyə o bu meyxanada, ya da burda deyilən kimi yavaxanadadayanmağa razı oldu? Arabaçı, murdar oğru Mitko mızıldadı: "Hələ bir atlarısulayaq, hələ bir atları sulayaq”. Aman allah indi bəs neyləyək...

Darya qaranlıq, bulaşıq otağın küncündəki kor-kobud taxta stolunarxasında oturaraq qorxudan tir-tir əsirdi. O yalnız bir dəfə, altı yaşındaolarkən nənəsinin sevimli fincanını sındırdıqdan sonra divanın altına girib özlabüd cəzasını gözləyərkən belə qəmli, ümidsiz qorxu hissi keçirmişdi.

Dua etsəydi necə də yaxşı olardı. Ancaq qabaqcıl, aparıcı qadınlardua etmirlər. Vəziyyət isə olduqca çıxılmazdır.

Deməli, belə. Yolun Peterburq – Bukareşt hissəsini çox tez və rahatbaşa vurdular. İki əla vaqon və on silah-sursat platforması qoşulmuş sürətqatarı Varyanı üç günə Rumıniyanın paytaxtına çatdırdı. Döyüş meydanına gedənzabitlər və hərbi məmurlar heç kimi əlindən öpməyə belə yaxın buraxmayan qonurgözlü, qısa saçlı, papiros çəkən xanımın üstündə az qala bir-birləriniöldürürdülər. Hər dayanacaqda Varyaya qucaq-qucaq gül dəstələri və çiyələk dolusəbətlər verirdilər. Gül dəstələri yöndəmsiz olduğu üçün qız onları dərhal pəncərədəntullayırdı. Bədəni qıpqırmızı səpdiyinə görəsə tezliklə çiyələkdən də imtinaetmək lazım gəldi. Kavalerlərin hamısı ağıl və düşüncə sarıdan əsl infuzori[1]olsalar da, səfər çox şən və maraqlı keçirdi. Düzdür, Lamartini oxuyan, həttaŞopenhauer haqqında da eşitmiş bir kornet[2]başqalarına baxanda onunla daha incə rəftar eləsə də, daha çox lütfükarlıq göstərsədə, Varya nişanlısının yanına getdiyini yoldaşcasına ona izah edəndən sonra o özünüintizamlı aparmağa başladı. Belə baxanda o qədər də pis deyildi, həttaLermantova oxşayırdı. Nəsə, allah işin avand eləsin , özü bilər, allahı bilər.

Səyahətin ikinci mərhələsi çoxrahat keçdi. Bukaşetdən Turna-Mequrelə dilicans gedirdi. Çox silkələnsələr, xeyli toz-torpaq udsalar da, əvəzində yolun kələyinidə kəsdilər. İndi mənzil başına lap az qalıb. Deyilənə görə Dunay ordusunun əsasmənzil-qərərgahı çayın o biri sahilində, Çareviçdədir.

Artıq Peterburqda tərtib edilmiş Planın (Varya özü bunu məhz böyük hərifləPlan adlandırmışdı) ən vacib və məsuliyyətli hissəsini başa vurmaq qalıb. O dünənaxşam qaranlıq çökəndə Zimnitsadan bir az yuxarıdan qayıqla Dunayın o biri üzünəüzdü. İki həftə bundan əvvəl general Draqomirovun qəhrəman 14-cü diviziyası darəqibin möhkəm müdafiə səddini qəfil həmləylə məhz həmin yerdən yarıb keçmişdi.Türk əraziləri, döyüş zonası burdan başladığı üçün bu çox təhlükəliydi, hər an ələkeçmək olardı. Yol-iriz kazak patrullarıyla doluydu, bir balaca sayıqlığnıitirsən bütün zəhmətin hədər gedəcək, dəhal tutub geriyə - Bukareştəqaytaracaqlar. Ancaq Varya diribaş və fərasətliqız idi, bunu əvvəlcədən ölçüb-biçmiş, lazımi tədbir görmüşdü.

Dunayın cənub sahilində yerləşən bolqar kəndində karvansaray olmasılap yerinə düşdü. Sonrası bir az da yaxşı gəldi: karvansarayın sahibu ruscabaşa düşürdü. O vur-tut beş manatınmüqabilində Varyaya etibarlı bir bələdçi qoşmağa boyun oldu. Varya şalvar kimienli tuman, köynək, çəkmə, qolsuz gödəkçə və əndrabadi bir yun papaq aldı, əyin-başınıbüsbütün dəyişərək bir göz qırpımındaca nərmə-nazik Avropa xanımından arıqbolqar yeniyetməsinə çevrildi. Belə birisi heç bir post-patrul məntəqəsindəşübhə oyatmazdı. Çareviçə şimaldan yox, cənubdan girmək üçün qəsddən dolanbacyolla getməyi qərara aldı. Petya Yablokov, Varin... orda, baş ordu qərərgahındaydı.Əslində heç onun kim olduğu da dəqiq bəlli deyildi. Nişanlımı? Yoldaşmı? Ərmi?Belə deyək: keçmiş ər və gələcək adaxlı. Həm də təbii ki, yoldaş.

Hələ hava işıqlanmamış cırıltılı, kələ-kötür, yöndəmsiz karuçayla(rumın arabası) yola düşdülər.

Ara vermədən tənbəki çeynəyən və saqqız kimi dartılıb uzanan qəhvəyibəlğəmlə yola tüpürən ( hər dəfə də Varyanin əti ürpəşirdi) boz bığlı bələdçiMitka əvvəl-əvvəl nəsə ekzotik birbalkan mahnısı oxusa da sonra susdu və dərin fikrə getdi – indi məlum oldu ki,nə barədə.

Öldürə də bilər, deyə Varya diksinərək fikirləşdi. Ya da daha pis birşey. Özü də çox asanlıqla – bu soxasoxda kim bunu araşdıracaq ki?! Belələrihaqqında düşünməliydilər, nədi onlar, başıpozuqlar.

Ancaq qətlsiz də elə çox pis oldu. Xain Mitka yol yoldaşını daha çoxyavaxanaya oxşayan meyxanaya apardı, stolun arxasında oturtdu, özüsə indi qayıdacağınaişarə edərək qapıya tərəf döndü. Bu çirkli, qaranlıq və üfunət dolu mağaradaqalmaq istəməyən Varya onun arxsınca şığıdı. Ancaq Mitka dedi ki, mütləq çöləçlxmalıdır, çünki fizioloji ehtiyaclarını ödəmək lazımdır. Varyanın onun dediklərinibaşa düşmədiyini görüb, əl-qoluyla izah edəndən sonra qız məyus halda öz yerinəqayıtdı.

Fizioloji ehtiyacların ödənilməsi həddindən artıq uzun çəkdi. Varyabir az dadsız və duzlu pendir yedi, bir-iki qurtum turşumuş çaxır içdi, sonrasameyxananın əcaib müştərilərinin onunpersonasına göstərdikləri aşırı diqqətə dözməyib həyətə çıxdı.

Çıxdı və yerindəcə donub qaldı.

Karuçanın izi-tozu da yox idi. Ordasa bütün şey-şüyləri yığılmışçamadan. Çamadan da dərman qutusu. Dərman qutusundasa kətan tiftiklə bintinarasında pasport və bütün pullar.

Varya yola tərəf qaçmaq istədi, amma bu zaman meyxananın qırmızı köynəkli,tünd qırmızı burunlu, üzündə yekə bir ziyil olan sahibi özünü çölə ataraqacıqlı-acıqlı qışqırdı və əliylə işarə etdi ki, əvvəlcə hesabı ödə, sonra get.Varya meyxanaçıdan qorxduğu üçün geri qayıtdı. Hesabı ödəməyə bir qara qəpik dəyox idi. Sakitcə bir küncdə əyləşib baş verənləri bir macəra kimi yanaşmaq istədi.Alınmadı.

Meyxanada bir nəfər də qadın yox idi. Üst-başlarından kir-pas tökülən,qıy-qışqırıqları qulaq batıran kəndçilərheç də rus mujiklərinə bənzəmirdilər. Onlar keflənməyincə özlərini sakitaparır, alçaqdan danışır, bunlarsa bərkdən anqırır, qırmızı çaxırıbardaq-bardaq hörtdədir, ağız-ağıza verib elə hey vəhşi kimi (Varyaya belə gəlirdi)qaqqıldaşırdılar. Arxadakı uzun bir stolun arxasında oturanlar zər atır, həratışdan sonra qışqır-bağır salır, hay-həşir qopardırdılar. Bir kərə lap bərkdənsöyüşdülər, saxsı küpəni it-qusdu sərxoş olan balaca birisinin başınaçırpdılar. Uzun müddət stolun altına yıxılıb ağnasa da , dadına bir kimsəçatmadı.

Meyxananın sahibi başıyla Varyaya işarə edərək ağzı sulana-sulana nəsədedi, qonşu stolun arxasında oturanlar ona tərəf çevrilərək bədxahcasınaqaqqıldaşdılar. Varya büzüşərək kepkasını gözünün üstünə çəkdi. Ondan başqa heçkim meyxanada kepkayla oturmamışdı. Ancaq kepkanı çıxartmaq olmazdı, saçları dərhalüzünə dağılardı. Düzdür, saçları uzun deyildi, Varya müasir bir qadın kimionları qısa kəsdirmişdi. Ancaq kepkasını çıxartsa zəif cinsin nümayəndəsiolması dərhal sezilər. "Zəif cins” – kişilərin uydurduğu çox iyrənc bənzətmədir.Amma, əfsus ki, həqiqətdir.

İndi hər tərəfdən hamı gözlərini Varyaya zilləmişdi. Təkcə aşıq-aşıqoynayanların Vayalıq halları yox idi. Bir stol o yandasa, bufetin qarşısındakıqoltuqaltının ağzındakı masanın arxasında burnunu çaxır küpəsinə soxan birqarasevda oturmuşdu. Onun yalnız qırxılmış qara saçları və bir də boz rəngəçalan kicgahları görünürdü.

Varyanı vahimə bürümüşdü. "Qorxma, özünü ələ al” – deyə o öz-özünədedi. Sən böyük, güclü qadınsan, naz-qəmzəli xanım deyilsən. Demək lazımdır ki,rus qızıyam, cəbhəyə nişanlımın yanına gedirəm. Biz Bolqarstanın xilaskarıyıq,burda hamı bizi görməkdən məmnundur. Bolqarca danışmaq asandır, sadəcə, hərifadənin axırına bir "ta” əlavə etmək lazımdır. Rus ordusu (russkaya armiyata),gəlin (nevestata). Rus əsgərinin gəlini nevestatası. Nəsə bu cür şeylər.

O, pencərəyə tərəf çevrildi. Nə bilmək olar, bəlkə Mitka gəlib çıxdı?

Bəlkə atlara su verməyə gedib və indi də geri qayıdır? Ancaqtoz-torpaqlı küçədə nə Mitko, nə də karuça gözə dəyirdi, ancaq əvəzində Varya əvvəllərdiqqət yetirmədiyi bir şey gördü. Evlərin üstündən çox da hündür olmayan, üstüqopub tökülmüş bir minarə boylanır. Yəni, doğrudanmı bu bir müsəlman kəndidir. Axı, hamı bilir ki,bolqarlar xristiandır, provaslavdır. Hələ bunlar şərab da içirlər, müsəlmanlarasa,Quran bunu qadağan edir. Əgər xristian kəndidirs