adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Sentyabr 2017 18:38
17959
DÜNYA

Türk ordusunda S-400 raketləri

Türkiyə prezidenti R.T. Ərdoğan Rusiyadan"Triumf” C-400 zenit raket kompleksinin alınması ilə bağlı müqaviləninimzalandığını bildirib. Bu barədəMoskvada nəşrolunan "Kommersant qəzeti yazır. Qəzetin məlumatına görə söhbət 2 milyarddollarlıq müqavilədən gedir. Hələlik, Türkiyəyə kredit verilməsi vətexnologiyanın transferi məsələləri həll olunmayıb. Bu istiqamətdə danışıqlardavam edəcək. Sövdələşmə axıradək baş tutsa, Türkiyə Rusiya və Çindən sonra S-400kompleksinə sahib üçüncü, NATO üzvləri arasındasa ilk və yeganə ölkə olacaq.

Türkiyənin "Hürriyyət” qəzetisəR.T.Ərdoğana istinadən yazır: "Mənim bildiyim qədər, bizim dostlarımız artıqC-400-lə bağlı müqaviləni imzalayıblar. Rusiya bizə kredit verəndən sonra bu prosesdavam edəcək. Mən də, prezident Putin də bu işin baş tutmasında israrlıyıq”.Putinin hərbi-texniki məsələlər üzrə köməkçisi Vladimir Kojin də SİTA-nınmüxbiri ilə söhbətində müqavilənin imzalandığını təsdiqləyib. Hərbi-texnikiəməkdaşlıq üzrə federal xidmətdən isə "Kommersant”a bildirilib ki, Rusiyakontraktın həyata keçirilməsinə hazırdır. Ancaq hərbi texnologiya vəxidmətlərin ixracı ilə məşğul olan "Rusoboroneksport” aksioner cəmiyyəti bubarədə hər hansı fikir söyləməkdən yayınıb.

"Kommrsant” yazır ki, 2008-ci ildən sonrabu, Moskvayla Ankara arasında imzalanan ən mühüm silah müqaviləsidir. Həminvaxt Türkiyə Rusiyadan tank əleyhinə "Kornet-Э” adlı raket kompleksi almışdı.Növbəti anlaşma isə 2013-cü ildə, Türkiyə hava hücumundan müdafiə sistemlerialmaq üçün 4 milyard dollarlıq tender elan etdiyi vaxt baş tuta bilərdi. Lakinbu tenderi müqavilənin dəyərini 3,44 milyard dollara qədər azaldan, üstəlik,texnologiyanı quraşdırmaq üçün türklərin özlərinə verməyə razılaşan Çin udmuşdu(hərçənd, son əsas müqavilə imzalanmadı). Moskva isə "Antey-2500” sistemininsatışı ilə bağlı uğursuzluğunu siyasi motivlərlə əlaqələndirmişdi.

"Kommersant” yazır ki, Rusiya-Türkiyəhərbi əməkdaşlığı 1990-cı illərdə başlayıb və indiyə kimi yalnız PDM-80 zirehlimaşınlarının və Mi-17 vertolyotlarının, eləcə də onların ehtiyat hissələrininalqı-satqısı ilə məhdudlaşıb. Lakin 24 noyabr 2015-ci ildə Suriya-Türkiyəsərhəddində türk qırıcı təyyarəsinin rus bombardımançı təyyarəsini vurmasındansonra tam şəkildə son qoyulan hərbi-texniki əməkdaşlıq 2016-cı ilin axırlarındayenidən bərpa olundu.

"Kommersant” özünün hərbi-diplomatikmənbələrinə istinadən qeyd edir ki, C-400 müqaviləsi prezidentlər Putin vəƏrdoğan arasında keçirilən yüksək səviyyəli görüşlərdə əldə olan siyasirazılaşmaların nəticəsidir. Bu ilin mart və may aylarında baş tutmuş ikitərəfligörüşlərin əsas mövzularından biri bu olub. Hər iki liderin yekdil siyasiiradəsi olmasaydı, bir ildən də az müddət ərzində belə bir müqavilənin imzalanmasımümkün ola bilməzdi. Həmin mənbələrdən də verilən məlumatlara görə Türkiyəmüdafiə nazirliyi artıq 2 milyardlıq müqaviləni imzalayıb. Müqayisə üçün deyəkki, Çinlə 1,9 milyardlıq müqavilə 3 illik gərgin danışıqlardan sonraimzalanmışdı. Hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətdə isə mövzununhəssaslığını nəzərə alaraq türklərlə müqavilənin detallarını açıqlamaqdanimtina etsələr də, onun Rusiyanın geosiyasi maraqlarına uyğun gəldiyinibildiriblər. Bu təkcə Moskva ilə Anqara arasında yox, həm də Rusiya ilə NATO üzvü arasında imzalanmış ən böyükkontraktdır.

Lakin mütəxəssislərin fikrincə kontraktlabağlı tam həllini tapmamış məsələlər də var. Birincisi, imzalanmış müqavilədəTürkiyə tərəfinə veriləsi kredit barədə heç nə qeyd olunmur. Görünür, buməsələni ayrıca nüzakirə etmək lazım gələcək. İkinci, daha ciddi məsələTürkiyənin C-400-lərin hazırlanıb quraşdırılması prosesini öz ərazisində, özüdə maksimum lokallaşma səviyyəsində həyata keçirmək istəyidir. Rusiya xüsusixidmət orqanları bunun qəti əleyhinədir. Onlar NATO üzvü olan bir ölkənintexnologiya transferinə çıxışı olmasınıməqsədəuyğun saymırlar. "Bu birbaşa bizim milli təhlükəsizlik məsələmizdir”-deyə güc nazirliklərindən birinin yüksək çinli məmuru qəzetə bildirib. Lakin oəlavə edib ki, yüksək səviyyədə siyasi iradə olarsa lokallaşmaolacaq, ancaq xeyli məhdud çərçivədə.

ABŞ-dan isə gözlənilən mənfi reaksiyaözünü ləngitməyib, onlar öz narahatlıqlarını türk rəsmilərinə çatdırıblar. Birmüddət əvvəl müdafiə naziri Ceyms Mettis bəyan etmişdi ki, Rusiya HHMsistemləri nə NATO sistemlərinə, nə də kollektiv müdafiə prinsiplərinə uyğundeyil. Türkiyəli həmkarş Fikri İşıq da öz növbəsində bildirib ki, onun idarəsiS-400 -lərin NATO-nun HHM sistemləri ilə uyğun gəlmədiyinin fərqindədir. AncaqNATO hərbi alyansının öz üzvülərinə qarşı belə bir tələbi yoxdur..


İNFORMASİYAŞÖBƏSİ