adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Oktyabr 2014 15:52
19520
ŞOU-BİZNES

Türk məşhurlarının masonluq həvəsi

Masonluq cəmiyyətinbütün sahələrini zaman-zaman əhatə edib. Digər sahələrdə olduğu kimi tanınmışaktyorlar da bu təşkilata üzv olmaqda maraqlıdırlar. Bu xüsusda türk incəsənət adamları da qərblihəmkarlarından geri qalmırlar. Belə ki, Türkiyənin tanınmış aktyoru TamerQaradağlı mason olmaq üçün təşkilata müraciət edib. Amma onun bu istəyinəsosial şəbəkələrdə paylaşdığı uyğunsuz görüntüləri mane olub. Adalet.az Türkiyəmətbuatına istinadən xəbər verir ki, əslən azərbaycanlı olduğu bildirilən T.QaradağlıMasonluq üçün buna qədər də bir neçə dəfə müraciət edib.

Maraqlıdır ki,adı çoxlarında vahimə yaradan həmin təşkilata üzvlüyü türk məşhurlar heç vaxtgizləmirlər. Türkiyənin digər məşhur simalarından olan Sezen Aksu, Nilufer, Burak Kut, Ozon Orhon, Harika Avcı, Zeki Alasya ("Küçük ağa" serialında Mehmet ağa, əşirət başçısı) və "Yaşıl Cam” dövrünün məşhur aktyoruAdnan İşık, Kenan İşık ("Kim milyoner olmak ister" teleşousunun keçmiş aparıcısı), mərhum telejurnalist Mehmet Ali Birand, yazıçı Orhan Pamukun da masonlar sırasında olduğu iddia edilir.