adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 May 2021 10:50
32377
GÜNDƏM

Türk əsgərini şəhid edən 2 terrorçu məhv edildi

“Pəncə-İldırım” əməliyyatı bölgəsindəki terror hücumunda bir türk əsgəri şəhid olub.

Adalet.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama verib.

“Terror təşkilatı üzvləri tərəfindən açılan atəş nəticəsində “Pəncə-İldırım” əməliyyatı bölgəsində qəhrəman silahdaşımız şəhid olub. İraqın şimalında, Metina ərazisində əsgərimiz Yasin Özdamarı şəhid edən 2 terrorçu qaçmağa macal tapmayıb və dərhal Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib”, - açıqlamada bildirilib.