Türk Dövlətlərinin Süni İntellekt Forumu işə başladı
Bişkekdə internet texnologiyalarının inkişafı müzakirə olunub. Qırğızıstan paytaxtında Türk Dövlətlərinin Süni İntellekt Forumu işə başlayıb.
Adalet.az xəbər verir ki, forum iki gün davam edəcək. Onun işində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Macarıstandan olan mütəxəssislər iştirak edirlər.
“Beynəlxalq tərəfdaşlarımız deyirlər ki, biz Qırğızıstanda böyük məlumat emalı mərkəzləri və informasiya mərkəzləri tikməliyik. Çünki elektrik var, iqlim buna imkan verir, su var və sairə. Buna görə də dağlarda, hektarlarla ərazidə sadəcə nəhəng zavodlar, kompüter gücləri olacaq ki, onlar da süni intellektə xidmət göstərəcəklər”, - deyə Qırğızıstan Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov qeyd edib.
Gündəliyə süni intellektin inkişafı strategiyalarının müzakirə edilməsi, türk dillərinin qorunub saxlanılması və inkişafı üçün ondan istifadə olunması, İT layihələrinə və startaplara investisiyaların cəlbi məsələləri daxildir. Ekspertlərin fikrincə, Qırğızıstanın bu istiqamətdə böyük perspektivləri var.
Digər Xəbərlər
29 Sentyabr 2026 00:01
İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
28 Sentyabr 2026 21:15
"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan
28 Sentyabr 2026 20:00
Bu ölkədən Rusiya və Belarusla bağlı sərt qərar
28 Sentyabr 2026 19:20
Rusiyada pirotexnika zavodunda partlayış
28 Sentyabr 2026 19:00
İmran Xana azadlığı üçün razılaşma təklif edilib?
28 Sentyabr 2026 18:55
Nepalda leysanlar səbəbindən 20-dən çox insan ölüb
28 Sentyabr 2026 18:00
Xamenei Ərəb dənizi ilə bağlı xəbərdarlıq etdi - “Yaxın günlərdə...”
28 Sentyabr 2026 17:37


Bakı -°C

