adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Avqust 2016 14:46
8953
İQTİSADİYYAT

Turizmin xidmət problemi

Bu ilyay tətili keçirmək istəyən yerli və xarici turistlərin otel qiymətləri ilərazılaşmadıqları açıq-aydın ortadadır. Aparılan sorğulardan bu qənaətə gəlməkolar. Məsələ orasındadır ki, 5 ulduzlu otellərdə qiymətlərin baha olması qəbuledilən olsa da, 2 ulduzlu ortellərdəki xidmət haqlarının çox olması təəccüb vənarazılıqlar yaradır. Ötən il ölkə başçısı prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında bu məsələyə toxunarkən bildirib ki, Azərbaycanda 2 ulduzluotellər daha çoxdur, lakin aztəminatlı ailələr belə onlardan istifadə edəbilmirlər.

Turizmsahəsində güclü perspektivə malik olan qonşu Gürcüstandakı 2 və ya 3 ulduzluotellərdəki qiymət burada yerləşən otellərdən 2-3 dəfə ucuzdur. Xüsusilə də Türkiyədəbaş verən hadisələrdən dolayı turist axınının Türkiyəyə qonşu olan Qafqazölkələrinə doğru irəlilədiyi vaxtda təklifin tələbə uyğunlaşmaması süni qiymətartımı deməkdir. Digər tərəfdən isə rayonlarda istirahət edən yerlituristlərimiz də xidmətin gündəlik yer haqqını ödəmədiyin deyirlər. Lakinortada başqa bir nüans da var. Burada vergi orqanlarının rolu varmı?

AzərbaycanTurizm və Menecment Universitetinin "Turizm biznesi" kafedrasınınmüdiri Bahadur Bilalov bildirib ki, zaman-zaman mütəxəssislər ölkəmizdəki otelqiymətlərinin bazar tərəfindən deyil, müxtəlif orqanların (vergi, hüquqmühafizə və s) təsiri nəticəsində formalaşdığını vurğulayırlar:

"Rəsmiməlumatlara görə, ölkəmizdəki mehmanxana və bu tipli gecələmə yerlərindəkiçarpayıların sayı 35 mindən çoxdur. Bu çarpayıların illik tutumu 13 milyonayaxın rəqəm edir. Amma Statistika Komitəsinin illik məlumatına nəzər salsaq, bugecələmələrin sayının 10 dəfədən də az olduğunu görə bilərik. Belə mənzərəyaranır ki, Azərbaycanda otel biznesi rentabelli deyil və bura investisiyaqoyulmasına dəymir. Amma praktikada bunun əksinin şahidi oluruq. Məlum olduğukimi ölkə üzrə hər il 30-40 yeni otel istifadəyə verilir. Buradan belə nəticəyəgəlmək olur ki, otellər nəinki qiymətləri şişirtməklə məşğuldur, eyni zamandagəlirləri kütləvi surətdə gizlədirlər. Bunu isə vergi orqanları ilərazılaşdırılmadan həyata keçirmək mümkün deyil. Prezident də bu informasiyayaəsaslanaraq vergi orqanlarına ciddi xəbərdarlıq etdi”.

Azərbaycandaiki-üç ulduzlu otellərin qıtlığından danışan ekspert deyir ki, otel biznesi iləməşğul olanlar daha yüksək ulduz almağa meyillidirlər. Çünki 5 ulduzlu otelinvergisi ilə 1-2 ulduzlu otelin ödədiyi vergi eynidir. Halbuki 1-3 ulduzluotellərin ödədiyi vergi 4-5 ulduzlu otelin ödədiyi vergidən az olmalıdır. Beləolarsa heç də hamı yüksək ulduz almağa iddialı olmaz.

Turistlərin dediklərin arxasında vergi orqanlarıdayanırsa, bu barədə baha olan otelləri günahlandırmaq olmaz. Mədəniyyət vəTurizm nazirinin müavini Nazim Səmədov deyir ki, 2-3 ulduzlu otellərin sayının azolması əhali arasında bahaçılıq termini yaradır. Azərbaycanda ucuz otellərin dəkifayət qədər olduğunu deyən nazir müavini qonşu Gürcüstanla müqayisədə qat-qatucuz otellərimizin olduğunu sözlərinə əlavə dib: "Novruzbayramından əvvəl Gürcüstanda olan qiymətlərlə Azərbaycan otellərində olanqiymətlər müqayisə edildikdə müəyyən edildi ki, Bakıda ucuzluqdur. Azərbaycandabu sahədə problem 2-3 ulduzlu otellərin sayının az olmasıdır. Çünki təklif çoxzəifdir” - nazir müavini deyib.

N.Səmədovqeyd edib ki, Azərbaycanda indiyə kimi 2-3 ulduzlu otellərin tikilməsinəholdinq və ya sahibkarlar böyük maraq göstərməyiblər:

"Onlarabu sahə o qədər də cəlbedici görünməyib. Halbuki 2-3 ulduzlu otelə qoyulaninvestisiya çox ulduzlu otellərlə müqayisədə daha tez geri qaytarılır. Ona görəaz ulduzlu otellərin tikintisi sahəsində çalışmaq lazımdır”.

Aldığımızməlumatlara görə, Azərbaycanda ən bahalı otellərin qiyməti 1500-11000 manatarasında dəyişir. Ən ucuz otellərin qiyməti isə 10 manatdan 45 manat arasındadəyişir. Göründüyü kimi otellər arasında qiymət amplitutunun yüksək olması daəsas problem yaradan səbəblərdən biridir. Ən ucuz otellər "tələbəyataqxanası”ndan fərqlənməyən görünüş və şəraitə malikdirsə, ən bahalı otellərbəzən bizdə qızıldan "Caqquzisi” olan bir şəraitin təsəvvürünü yaradır.

Rüfət Soltan