Tural Abbaslı PA-ya çağırıldı
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iyunun 8-də Ağ Partiyasının sədri Tural Abbaslı ilə görüşüb.
Adalet.az partiyaya istinadən bildirir ki, Prezident Administrasiyasında keçirilən görüş zamanı beynəlxalq münasibətlər sistemində müşahidə olunan transformasiya prosesləri fonunda Azərbaycanın sərgilədiyi prinsipial mövqe, bilavasitə daxili siyasət ilə əlaqədar olan bir sıra önəmli məsələlər ətrafında söhbət aparılıb.
Görüşdə “Siyasi partiyalar haqqında” Qanunun qəbulundan sonra partiyaların normal və legitim fəaliyyəti üçün dövlət tərəfindən görülmüş müxtəlif səpgili tədbirlər, həmçinin ölkədə yaranmış sağlam siyasi iqlimin mövcudluğunu şərtləndirən digər amillər müzakirə olunub.
Vurğulanıb ki, bilavasitə ali siyasi iradənin təcəssümü olan siyasi partiyaların inkişafına göstərilən dəstək sayəsində ölkənin dayanıqlı demokratik ənənələrinin formalaşması prosesi ardıcıl şəkildə davam edir. Bu mənada sağlam əməkdaşlıq mühitinin qorunması prosesinin siyasi partiyalar tərəfindən aktiv şəkildə dəstəklənməsi faktı da müstəsna əhəmiyyətə malikdir.
Həmçinin qeyd olunub ki, xüsusilə Vətən müharibəsində qazanılmış böyük Zəfərdən sonra Azərbaycana qarşı artan qərəzli informasiya təxribatları ilə mübarizədə vətənpərvər siyasi qüvvələrin aktiv iştirakının təmin olunması məsələsində də siyasi partiyaların rolu əvəzolunmazdır. Ölkənin vətənpərvər gənclərinin də milli maraqlar naminə birləşməsi istiqamətində siyasi partiyalarla aparılan əməkdaşlıq əlaqələrinin önəmli istiqamətlərindən biridir.
Dövlət və cəmiyyət üçün strateji əhəmiyyət daşıyan milli birliyin qorunması, habelə informasiya məkanında yaşanan məkrli təxribatlar ilə mübarizədə hər zaman dövlətin yanında olduğunu bildirən Partiya sədri mövcud istiqamətlərdə dövlət tərəfindən atılacaq hər bir təşəbbüsün dəstəklənməsinin zəruriliyini xüsusi olaraq vurğulanıb.
Prezident Administrasiyasının rəsmisi görüşün sonunda milli dövlətçilik ənənələrinin və milli maraqların qorunması yolunda Ağ Partiyasına uğurlar arzulayıb.
Digər Xəbərlər
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23
MM ABŞ Konqresinin açıqlaması ilə bağlı məlumat yaydı
24 Iyul 2026 16:28
Prezidentdən Rəşad Aslanovla bağlı SƏRƏNCAM
24 Iyul 2026 16:01
Dünya böyük müharibəyə doğru gedir... - Səxavət Məmməd yazır
24 Iyul 2026 12:03


Bakı -°C

