Tuncay Abbasov 33-cü Polis Bölməsinin rəisi təyin olundu

Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Adalet.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Suraxanı rayon Polis İdarəsinin əməliyat işləri üzrə rəis müavini Akif Nəzərli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi Samir Qurbanov öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilib.
Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov tutduğu vəzifədən azad edilərək 33-cü Polis Bölməsinin rəisi, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəisi Eldar Qazıbəyov tutduğu vəzifədən azad edilərək 30-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
E. Qazıbəyovun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, təqaüdə göndərilən A. Nəzərli 2014-cü ilin fevralında yaşadığı evin qarşısında əvvəllər məhkum olunmuş Gülağa Lətifov tərəfindən güllələnib. Uzun müddət müalicə alan rəis müavini işə qayıtdıqdan bir il sonra təqaüdə göndərilib.
Digər Xəbərlər

Prezident Tural Piriyevi yenidən icraçı direktor təyin etdi

Deputat Aqil Abbas: “Ağdamda ev verilən kimi xanımımla Ağdama köçəcəm” – VİDEO

Azad edilmiş daha 8 rayona şəxsi maşınla getmək olacaq
jpg-1747207481.jpg)
İlahi Ədalət:Qərbdən erməni genefonduna "dərman zərbəsi"

Leyla Əliyeva Ordubadda - VİDEO

Bu şəxslərin akkreditasiyadan keçirilməsi qaydası təsdiqləndi

Qoşulmama Hərəkatına üzv dövlətlərin səhiyyə nazirlərinin onlayn iclası keçirilib
