Lavrov İstanbul görüşündə iştirak etməyəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 15-də İstanbulda baş tutacaq danışıqlarda iştirak etməyəcək.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı “kommersant.ru” yayıb.
Ötən gün “The Washington Post“ nəşri Rusiya diplomatiyasının rəhbərinin müzakirələrə prezident Vladimir Putinin köməkçisi Yuri Uşakovla birlikdə qatılacağını iddia edib.
Həmçinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff dövlət katibi Marko Rubio ilə mayın 16-da İstanbula yollanacağı barədə məlumat verib.
ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl bildirib ki, rusiyalı həmkarının Türkiyəyə səfəri məhz onun bu ölkəyə gələcəyindən asılıdır.
Qeyd edək ki, prezident V. Putinin sözçüsü Dmitri Peskov göstərilən 15 may tarixində Kreml rəhbərinin işgüzar görüşlərinin olacağını açıqlasa da, onların keçiriləcəyi məkan barədə sualdan yayınıb.
Digər Xəbərlər

Simonyan Rusiya telekanallarının yayımının dayandırılmasını istəyir

Rusiya Ukraynanın itkilərini yenilədi

"USAID Xarici Yardım Proqramlarını rəsmən dayandırır" - Rubio

Qəzzada atəşkəs gələn həftə əldə olunacaq - Tramp

Rusiyalı kapitan: AZAL-ın təyyarəsini vurmağı Müdafiə Nazirliyi əmr etdi

Rusiya Azərbaycana nota verib

"Bütün suallara cavablar veriləcək" - Kremldən Bakıya reaksiya
