Tüfənglə ehtiyatsız davranan Xaçmaz sakini qonşusunu yaraladı
Xəstəxanaya qırma yaraları ilə gətirilmiş Xaçmaz rayon sakini R.Kamilovun qonşusunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində yaralandığı müəyyən edilmişdir
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 12-də Xaçmaz rayonu Yeni Həyat kəndində yayaşayan R.Kamilov sağ və sol baldır nahiyəsindən qırma yaraları ilə xəstəxanaya gətirilib.
Araşdırmalar zamanı R.Kamilovun xəsarəti qonşusu Q.Binaliyevın yaşadığı evin həyətində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən alması müəyyən edilib.
Görülmüş tədbirlərlə Q.Binaliyev saxlanılmış və ondan müvafiq sənədləri olmayan 1 ədəd "TOZ-16” markalı tüfəng götürülüb.
Araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06