Trampın oğlu Barron söhbəti ilə hamını çaşdırdı: "Qızıl qaşıq", çardaq...
ABŞ-ın keçmiş prezidenti Donald Trampın kiçik oğlu, 18 yaşlı Barron valideynləri ilə Mar-a-Laqoda Pasxa yeməyində iştirak etdiyi ilə bağlı dünya mediası maraqlı nüansları diqqətə çatdırırb
Irish Times” yazır ki, gənc Tramp orada qonaqları xeyli təəccübləndirə bilib. Beləki, o, məşhur atası ilə həyatından və noyabrda keçirilən ümumi seçkilərin nəticələrinin onun universitet seçiminə necə təsir edə biləcəyindən danışıb. Gənc uşaqlıq illərindən və iqtisadi mübarizələrindən danışarkən, həyatında baş vermiş "qızıl qaşığ"ın qəribə hekayəsini danışmağa qərar verib:"Bəli, bizdə də belədir. Yəni, mən binanın çardağında doğulmuşam... Həyat çətin idi".
Sonra gümüş qaşıqla necə yedizdirildiyini danışıb və soruşub: “Sizcə mən gümüş qaşıqla yemək yeyərəm? Mənimki qızıldan idi”. Qonaqlar gənc Barronun açıqlamasından “ağzında gümüş qaşıqla doğulmaq” məsəlini xatırlayıblar. Bu da varlı ailədə doğulmaq və imtiyazlı tərbiyə almaq deməkdir.
Qeyd edək ki, ABŞ-ın 45-ci prezidenti Donald Trampın Melaniya Trampdan olan yeganə və kiçik oğlu, 18 yaşlı Barron Florida Respublikaçılar Partiyası tərəfindən həmin ştatdan nümayəndə seçilib. Onun boyu 2 metrdən bir qədər artıqdır. O, həm görünüşcə, həm də danışıq tərzi ilə eynən atasına çox bənzəyir.
Əntiqə Rəşid
Digər Xəbərlər
30 Sentyabr 2026 09:19
Puldan divar hörübmüşlər - Milyonları vedrələrlə daşıdılar - VİDEO
29 Sentyabr 2026 09:36
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
28 Sentyabr 2026 09:44
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
28 Sentyabr 2026 09:06
Qorxulu yuxuların səbəbi
27 Sentyabr 2026 12:30
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28


Bakı -°C

