adalet.az header logo
  • Bakı -°C
23 Sentyabr 2026 18:35
68
DÜNYA
A- A+

İran Netanyahuya qarşı ittiham aktı hazırladı

İran Prokurorluğu 2024-cü ilin sentyabrında Livanda Hizbullah üzvlərini hədəf alan “peycer əməliyyatı” ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu da daxil olmaqla, 7 İsrail vətəndaşına qarşı ittiham aktı hazırlayıb.

Adalet.az xəbər verir ki, Tehran prokurorunun sözlərinə görə, iş İran Xarici İşlər Nazirliyinin rəsmi müraciəti və əməliyyat zamanı xəsarət alan İranın Beyrutdakı səfirinin şəxsi şikayəti əsasında başlanıb.

İttiham olunan şəxslər qətlə cəhd, bədən xəsarəti yetirmə, dağıntıya səbəb olma, həmçinin kompüter və rabitə sistemlərinin fəaliyyətini pozmaqda təqsirləndirilirlər.