Trampı daşıyan helikopter toqquşma riski ilə üzləşdi
ABŞ Prezidenti Donald Trampı daşıyan “Marine One” helikopteri Vaşinqton üzərində sərnişin təyyarəsinə təhlükəli dərəcədə yaxınlaşıb.
Adalet.az xəbər verir ki, insident Trampın olduğu helikopter Ağ Ev ərazisindən havaya qalxarkən qeydə alınıb.
ABŞ mediasının yazdığına görə, “Marine One” ekipajı qalxışdan əvvəl Ronald Reyqan Hava Limanının dispetçer qülləsi ilə üç dəfə əlaqə saxlamağa çalışıb. Lakin radio rabitəsində yaranan nasazlıq səbəbindən dispetçer bu xəbərdarlıqları qəbul etməyib.
Bundan sonra prezident helikopteri marşrutunu davam etdirərkən hava limanından eyni vaxtda havaya qalxan sərnişin təyyarəsinə təhlükəli şəkildə yaxınlaşıb.
İlkin məlumatlara əsasən, iki hava gəmisi arasındakı məsafə üfüqi istiqamətdə təxminən 1,3 kilometrə, şaquli istiqamətdə isə 210 metrə qədər azalıb.
Ağ Ev hadisəni “təhlükəsiz məsafə pozuntusu” kimi qiymətləndirib. Rəsmilər insident zamanı Trampın həyatının təhlükə altında olmadığını bildiriblər.
Hazırda hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Digər Xəbərlər
10 Avqust 2026 18:00
230 miqrant bir qayığa sığınıb Böyük Britaniyaya keçdi
10 Avqust 2026 17:44
"Bir dənə də olsun istilik elektrik stansiyası qalmayıb" - Zelenski
10 Avqust 2026 14:31
Tatarıstanda matəm elan olundu - YENİLƏNİB
10 Avqust 2026 12:42
İran XİN: Əraqçi və Qalibaf Pakistana səfər edəcək
10 Avqust 2026 10:38
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparmamışıq”
10 Avqust 2026 09:58
Kamçatkada qızıl mədənində partlayış: Ölən və yaralananlar var
10 Avqust 2026 09:50
Rusiyanın ən varlı qadınının biznes-imperiyası belə çökür...
10 Avqust 2026 09:08


Bakı -°C

