Tramp qızını ABŞ prezidentinin kreslosunda əyləşdirdi, qalmaqal qopdu
ABŞ prezidenti Donald Trampın qızı İvankanın Ağ Evdən paylaşdığı foto qalmaqala səbəb olub. Fotoya əsasən İvanka Tramp Vaşinqtonda səfərdə olan Kanada baş naziri Castin Tryudonun prezident Trampla görüşündə iştirak edir. Üstəlik İvanka ABŞ prezidentinin kreslosunda əyləşib, sağında və solunda isə onun atası və Kanada baş naziridir. "İki dünya lideri ilə qadınların rolunun əhəmiyyətinə dair ciddi diskussiya masa arxasında baş tutdu”-İvanka Tvitter-də yazıb.
Ənənəvi olaraq ABŞ prezidentinin Ağ Evdəki Oval ofisindəki masası arxasında ancaq prezident özü oturur. Hələ indiyə qədər bu kresloda ABŞ prezidentindən başqa ayrısının, xüsusən də onun ailə üzvlərindən birinin oturmasını görən olmamışdı. Bu səbəbdən Tvitter-də İvankanın paylaşdığı foto ilə bağlı ciddi mübahisələr baş qaldırıb.
"Heç kimin seçmədiyi qadın bu masa arxasında otura bilməz”-istifadəçilərdən biri yazır. "Administrasiyada "qızını işə gətir” günləri nə qədər çox çəkəcək?”-digər istifadəçi narazılığını bildirir. Başqa istifadəçi isə yazır ki İvanka bu masa arxasında oturmaq üçün heç nə etməyib, o, varlı atasının qızından başqa heç kim deyil.
Digər Xəbərlər
26 Aprel 2024 21:53
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41QƏRƏZLİ QƏTNAMƏLƏRİN YEGANƏ SƏBƏBİ QARABAĞI AZAD ETMƏYİMİZDİR
26 Aprel 2024 19:00