XİN: Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51‑ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.
Bu barədə Adalet.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
C. Bayramov çıxışında Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və müvafiq BMT Təhlükəsizlik Şurası qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Bu istiqamətdə, beynəlxalq humanitar hüquqa tam əməl olunmaqla, əhalinin fundamental hüquq və azadlıqlarının qorunmasının, o cümlədən regionun demoqrafik struktunun saxlanılmasının önəmi qeyd edilib.
Nazir Azərbaycanın İƏT və xüsusilə Təmas Qrupu çərçivəsində bu məsələyə göstərilən davamlı diqqəti yüksək qiymətləndirdiyini bildirib.
C.Bayramov Cənubi Asiyada ümumi sabitlik və təhlükəsizliyin təmin olunması baxımından Cammu və Kəşmir məsələsinin tezliklə nizamlanmasının əhəmiyyətini qeyd edib.
O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib.
10 may 2025‑ci il tarixində Hindistan və Pakistan arasında elan edilmiş atəşkəs razılaşması alqışlanıb, bu addımın hər iki ölkə arasında davamlı dialoq və uzunmüddətli münasibətlərin normallaşması üçün təməl rol oynayacağına ümidvarlıq ifadə olunub.
C.Bayramov İƏT-in Cammu və Kəşmir üzrə Təmas Qrupunun iclasında iştirak edib.
Digər Xəbərlər
16 Mart 2026 16:47
Sahibə Qafarova Tulia Akson ilə görüşdü
16 Mart 2026 16:17
İlham Əliyev Tokayevi təbrik etdi
16 Mart 2026 14:17
Samir Nuriyev Xocavənddə iclas keçirdi
16 Mart 2026 11:43
“Azərbaycan müharibədə nəinki tərəf tutmur, əksinə...” – Politoloq
16 Mart 2026 10:52
“Halbuki, Qarabağ hərəkatının davam etdirilməsi yeni müharibə deməkdir”
16 Mart 2026 10:45
Prezident SOMDA hərbçilərini təltif etdi - SİYAHI
16 Mart 2026 10:34
“İranı idarə edən generallar Ermənistanı da hədəf seçə bilərlər...” – Politoloq
16 Mart 2026 09:27


Bakı -°C

