İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb

İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb.
Adalet.az xəbər verir ki, bu barədə “Reuters” İranın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, şəxsi heyətin əksəriyyəti Qum şəhəri yaxınlığında (Tehrandan 150 km cənubda) 80-90 m dərinlikdə yerləşən uranın zənginləşdirilməsi zavodundan təxliyə edilib.
Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə daha çox hücumla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edərək bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır./report
Digər Xəbərlər

Pentaqon rəhbəri: ABŞ İranı rejim dəyişikliyinə təhrik etmək niyyətində deyil

B-2-lərin bir neçəsi hələ də havadadır - General

ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil oldu - Pezeşkian

İsrail Ordusunun rəsmisi: ABŞ-nin İrana gecə zərbəsi bizimlə razılaşdırılıb

SEPAH ABŞ-a meydan oxudu: Cavab zərbəsi gözləyin!

Türkiyə XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumunun nəticələrindən narahatıq

İran xarici işlər naziri Moskvaya səfər edəcək
