adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 May 2017 14:11
16631
MARAQLI

TRAMP GETDİKCƏ YELTSİNƏ OXŞAYIR

Məşhur bir Fransafilmi var, hamınız görmüsüz, adı dilimin ucundadı, tüpürdüm də düşmədi, baş roldada Pyer Rişar oynayır. Deməli belə. Bankın müdiri istirahətə gedir, adi işçilərdənbiri olan Pyer Rişarı da müvəqqəti öz yerinəqoyur. Aftafa görməyən Pyer də özünü itirir,bilmir neyləsin, qısası, heç cür özünü apara bilmir, nə edir-etsin, quşlayır.

Yeltsin də axır-axırçox quşlayırdı, gah içib camaatın qabağında tvist oynayır, gah katibələrini çimdikləyir, gah ağzı köpüklənə-köpüklənə başqa dövlətləri hədələyir, söyür, gah da səfərə getdiyi ölkədə içib yatıb qalırdı, təyyarədəndüşə bilmirdi.

İndi baxıram Trampınhərəkətləri Yeltsinin axır-axır hərəkətlərinəoxşayır. Yeltsin axırdan-axıra o hərəkətləri edirdi, bu elə bəri başdan başlayıb.

Yeltsininprezidentlik taleyi yaxşı qurtarmadı, nəisə…