Tramp generalı işdən qovduğuna peşman olub
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə sabiq köməkçisi, quru qoşunlarının istefada olan generalı Maykl Filinnin Ağ evə qayıdacağına ümid edir.
TASS xəbər verir ki, bu barədə "The Daily Beast” nəşri məlumat yayıb.
"Donald Tramp Maykl Filinni istefaya göndərdiyi üçün peşmandır və təhqiqat başa çatdıqdan sonra onun geri dönəcəyini səmimi şəkildə güman edir”, - deyə bildirilib.
Xatırladaq ki, Maykl Filinn bu ilin yanvarında Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini tutub. Bir ay sonra "The Washington Post” qəzeti onun Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla sanksiyalar barədə danışıqlar aparması haqda xəbər dərc etdikdən sonra istefa verməyə məcbur olub.
Filinn isə öz növbəsində Rusiya səfiri ilə sanksiyalar barədə danışmadığını və 35 rusiyalı diplomatın ABŞ-dan çıxarılması məsələsini müzakirə etdiyini bildirib. Bu, formalaşdırılan Tramp administrasiyasında ilk istefa olub.
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32