“Tramadol” satan narkotik alverçisi tutuldu
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin, eləcə də güclü təsiredici xüsusiyyətə malik dərman preparatlarının qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 38 yaşlı Alim Quliyev saxlanılıb.
Onun başqa bir şəxsə psixotrop tərkibli 2 ədəd "Tramadol” həbini satmaq istədiyi müəyyən olunub. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq A.Quliyevin yaşadığı evə də baxış keçirilib. Baxış zamanı oradan 12,26 qram qurudulmuş marixuana, 360 ədəd " Tramadol” və 12 ədəd "Pregabalin” adlı güclü təsiredici xüsusiyyətə malik dərmanlar aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06