adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Iyul 2014 17:41
9376
ƏDƏBİYYAT

Toy puluna kitab alıb maşında unudan yazıçı

Yazıçı Vahid Qazı Ağdamın düşmən tərəfindənişğalının 21-ci il dönümündə doğma yurdu ilə bağlı xatirələrinibölüşüb.Yazıçının xatirələri arasında ən maraqlısı "525-ci qəzet”in başredaktoru Rəşad Məcidin toyu ilə bağlı olduğunu nəzərə alıb onu sizlərlə bölüşürük:"Rəşad Məcidin toyu Ağcabədidəki evlərində olub. Orta məktəbibitirmişdik, ya sonuncu sinifdəydik, dəqiq yadımda deyil indi. Atam toya yazdırmağa 50manat vermişdi. Erkəndən gəlmişdik, toy hələ başlamamışdı. Aqil Abbasqolumuzdan tutdu ki, burda yaxşı kitab mağazası var, gedək. Dostlarla getdik, xeylikitab seçib piştaxtanın üstündə qalaqladı. Pulunu hesabladıb mənə dedi:"Çıxart pulu ver, Ağdamda kitab bahadı". Çıxarıb düz 30 manat kitabaverdim. Üzə düşdüm, utandım, ta deyə bilmədim ki, pulum toyluqdu, kitablıqdeyil. Onda Aqildən utanan vaxtlarım idi. Beləcə, pulun xeylisini kitabaverdim, bir azını da toya yazdırdım. Yaxşı kitablar idi, çoxu da Moskva nəşrləri.Heyf, onun maşınında qaldı. Aqil adama kitab qaytarar? Özü bağışlamasa, ondankitab almaq mümkün olası iş deyil".


Ədil Ədilzadə