adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Avqust 2019 17:02
28661
ƏDƏBİYYAT

TOY GÜNÜNÜN SƏHƏRİ

Aytikə püstə evindənçıxıb doqqazın ağzında dayananda kəndi ovcunun içi kimi görürdü. Ona görəki, evi lap dikdəydi və yazda sel-su Toğanağı götürəndə təhlükəarvadın evindən yankeçirdi. Kiçik oğlu Əliyusifin yaşından tikilmiş evi köhnə olsa da, möhkəm idi:divarları çiy kərpicdən hörüldüyü üçün qışı isti, yayısa sərin olardı. Aytikə püstəheç şah sarayına da dəyişməzdi evini. Övladları Əlikramla ƏliyusifToğanağın yaxınlığında yerləşən şəhər tipli qəsəbədə ev-eşik qurandan vəköçlərini təzə evəaparandan sonra anaları kənddə tək yaşayırdı. Amma buna tək yaşamaq da demək olmazdı,balaları Aytikəpüstəyə hər gün, hər gün də olmasa iki gündən bir gəlib baş çəkirdilər.

Axır vaxtlar ürəyitez-tez sıxılırdı. Bunun səbəbi tək yaşamağında deyildi. Kəndin bir bölük adamıqeyb olmuşdu. Hanı həyət-bacadaiş-güc görən enli kürəkli nər oğlanlar, hanı ağır taxtalı, ağır yerişlikişilər? Arvadı dərdə salan, ürəyinin başını köz edən də bunlaridi. Qırx birin davasında da beləydi. Bir
başı papaqlı qalmamışdıkənddə. Kəndin kişilərini müharibə aparmışdı. Qızğın dava gedirdi. Davadan məktublar gəlirdiqarası da, güllüsüdə. İndi ərlərinin, oğullarının yolunu gözləyən kəndin arvadlarıo məktuba da həsrət idilər. Gedənlərdənxəbər çıxmırdı, ya da ürəyi yuxalılardanbirinin hərdənbir pulundan-parasından gəlirdi. Vəssəlam.

Aytikə püstə köksünü ötürüb evinə keçdi. Evdəkətilin üstünəqoyduğuşirniyyatı görəndə yadına düşdü ki, xəstə yanına gedəcək. Hava bürkülüydü. Günəşqürubda gizlənsə də, günortanın istisi hələ də çəkilməmişdi. Arvad xırda güllü çadrasınıdolabın gözündən çıxarıb başına atdı. Yaşıdı Yasəmən arvad soyuqlamışdı. Oğlanlarıgəlməmiş gedib arvada baş çəkmək istəyirdi. İstəmirdi Əlikramla Əliyusif gəlib analarınıevdə tapmayanda nigaran qalsınlar, həm də simiclikdə ataları Fətulla kişiyəçəkdiklərindənonların yanında evdən bir şey götürə bilmirdi, osaat ikisidə düşürdülər üstünə ki, sən evdə day şey qoymadınki, aynənə. – Analarına körpəlikdən «nənə» deyirdilər. Aytikəpüstə qapısınıçəkmək istəyəndə gözü toyuq-cücəyə sataşdı.Aralarındakı yeganə xoruz toyuqların yanında saymazyana,sinəsiniqabağa verib şəstlə gəzişirdi. Arvadın axır vaxtlar qonşunun həyətinə dadanan xoruzdanzəhləsi gedirdi. Yanındankeçəndəhirsli, - hamınız bir bezin qırağısınız – deyib xoruza birtəpik ilişdirdi.Sonra nə fikirləşdisə qayıdıb evin məhəccərinəsöykədiyitorbadan bir ovuc dən götürüb toyuq-cücənin qabağına səpələdi. Xoruz qaqqıldayıbtoyuq-cücədən qabaqözünü dənəçatdırdı. Ay