Tovuzda evdən pul və 4 min manatlıq qızıl oğurlanıb
Tovuzda evdən pul və 4 min manatlıq qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 25-də rayon ərazisindəki evlərin birindən 550 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakinləri - əvvəllər məhkum olunmuş İ.Məmmədov və A.Məmmədov saxlanılıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə İ.Məmmədovun evindən 460 qram marixuana aşkar edilərək götürülüb.
Digər Xəbərlər
01 May 2024 09:43