Tovuzda ana və oğul pomidor turşusundan zəhərləndi
Tovuzda iki nəfər evdə zəhərlənib.
Trend-in məlumatına görə, hadisə rayonun Vahidli kəndində baş verib.
Kənd sakini, 1948-ci il təvəllüdlü Əsədova Gülarə Qafar qızı və oğlu, 1976-cı il təvəllüdlü Əsədov Eldəniz Əsəd oğlu evlərində konservləşdirilmiş pomidor turşusundan zəhərləniblər.
Hər iki şəxs zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər iki xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.
Digər Xəbərlər
02 May 2024 17:40