adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
06 Iyul 2015 12:06
714
HADİSƏ

Tovuzda ağır qəza - 1 ölü, 4 yaralı

Tovuz rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Hadisə rayonun Yolunbulaq kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon sakinləri "UAZ” markalı avtomobillə Tovuzdan nişan mərasimindən qayıdarkən avtomobil aşıb. Təxminən 40 metr hündürlükdən dərəyə yuvarlanan maşının içərisində olan 6 nəfərdən bir nəfəri, 2014-cü il təvəllüdlü Elnur Alıyev ölüb, 4 nəfər isə ağır yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.